Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Quba yolunda maşın reklam lövhəsinə çırpılıb, ölən var

© Photo : AzəravtoyolQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

BAKI, 28 noy — Sputnik. Dünən axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, qəza magistralın Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 99 GN 512 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın yolun kənarındakı reklam lövhəsinə çırpılıb.

Qəza nəticəsində maşında olan sərnişin Zeynalov Xancan Intiqam oğlu dünyasını deyişib. Sürücü də daxil olmaqla maşında olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0