Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiyada sərnişin helikopteri qəzaya uğrayıb

© Новости-Азербайджанвертолет Ми-8
вертолет Ми-8 - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza zamanı ekipaj üzvləri ölüb, bəzi sərnişinlər isə sağ qalıb.

Bakı, 26 noy — Sputnik. Rusiyanın Krasnoyarsk diyarı ərazisində "Mi-8" helikopteri qəzaya uğrayıb.

Sputnik-in RİA-Novosti-yə məlumata görə, qəza zamanı ekipaj üzvləri ölüb, bəzi sərnişinlər isə sağ qalıb. Hadisə barədə müvafiq orqanlara məhz həmin sərnişinlər xəbər verib.

Helikopterdə ümumilikdə 26 nəfərin olduğu bildirilir. Olay yerinə axtarış-xilasetmə qrupları göndərilib.

Hadisə nəticəsində 12 nəfərin öldüyü bildirilir.

Sərnişinlərdən helikopterin böyrü üstü düşdüyünü desələr də qəzanın nə səbəbdən baş verməsi barədə olduğunu izah edə bilməyiblər. Bəzi məlumatlara görə yanacağı bitdiyindən vaxtında yerə enə biməyib və helikopter qəzaya uğrayıb.

Mi-8 helikopteri "Turuxan" aviaşirkətinə məxsus olub və hadisə bu gün yerli vaxtla saat 11:45-də (Moskva vaxtı ilə 07:45) baş verib. Helikopter İqarki yaşayış məntəqəsində neftötürücü stansiyaya uçurmuş. Qəzanın baş verdiyi ehtimal olunan əraziyə iki helikopter göndərilib.

Xəbər lenti
0