Bakı metrosu - Azadlıq prospekti stansiyası

“Azadlıq Prospekti” stansiyasında tavan divarda çatlar əmələ gəlib

25
Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, bu tip çatlar və su sızmaları dayaz özüllü stansiyalarda nadir hallarda yağış suları nəticəsində əmələ gəlir.

BAKI, 23 noy — Sputnik. "Bakı Metropoliteni" QSC-nin “Azadlıq Prospekti” stansiyasının tavan və divarında bir neçə yerdə çat əmələ gəlib.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, bu tip çatlar və su sızmaları dayaz özüllü stansiyalarda nadir hallarda yağış suları nəticəsində əmələ gəlir: “Həmin stansiyasının üstündə park var. Parkda yağış suları nəmişlik və su sızması hallarına gətirib çıxarır. Ancaq işçilərin səyi nəticəsində yaranmış vəziyyət aradan qaldırılır və çatlar təmir edilir”.

N. Paşayev qeyd edib ki, sözügedən stansiyada yaranmış vəziyyət sərnişinlərin həyatı üçün heç bir təhlükə daşımır.

25