Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda internet yenidən kəsildi

Abunə olmaq
Bu gün Bakı vaxtı ilə saat 16 radələrində Azərbaycan ərazisi üzrə internet yenidən kəsilib.

BAKI, 17 noy — Sputnik. Bu gün Bakı vaxtı ilə saat 16 radələrində Azərbaycan ərazisi üzrə internet yenidən kəsilib və təxminən 20 dəqiqədən sonra bərpa olunub.

Qeyd edək ki, noyabrın 16-da da ölkə üzrə internet kəsilmişdi. Problem ilkin provayder “Delta Telecom”un DATA-mərkəzinə qoşulan xətlərin birində baş vermiş tüstülənmə ilə əlaqədar idi.

Bir qədər əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, fəsadların aradan qaldırılması üzrə tamamlama işləri davam edir.


Xəbər lenti
0