Fransada qatar relsdən çıxaraq aşıb

Fransada qatar relsdən çıxaraq aşıb

136
(Yenilənib 21:14 14.11.2015)
Ölənlər var.

Bakı, 14 noy — Sputnik. Fransada "TGV" tipli sürətli qatar sınaqdan keçirilərkən relsdən çıxıb, nəticədə azı 5 nəfər ölüb. RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə "France Bleu Alsace" radiostansiyası məlumat yayıb.

İlkin məlumata görə, qəza Strasburq yaxınlığındakı Ekveşem şəhərində qeydə alınıb. Bəzi KİV-lərin məlumatına görə, hadisə yerində partlayış səsi eşidilib.

Qatarda sərnişinlərin olmadığı bildirilir. Vaqonların əksəriyyətinin relsdən çıxaraq aşdığı qeyd olunur.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.

136