Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranın Bürcəli kəndini su basıb

© Photo : OpenAzQəbələdə sel
Qəbələdə sel - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 16-da səhər saatlarından yağan şiddətli yağışlar nəticəsində Lənkəran rayonunun Bürcəli kəndində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb, toyuq-cücələrə, mal-qaraya, ərzaq məhsullarına ciddi ziyan dəyib.

BAKI, 17 okt — Sputnik. Oktyabrın 16-da səhər saatlarından yağan şiddətli yağışlar nəticəsində Lənkəran rayonunun Bürcəli kəndində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb,  toyuq-cücələrə, mal-qaraya, ərzaq məhsullarına ciddi ziyan dəyib.

APA-nın məlumatına görə, dağdan gələn sel suları həmçinin Ələt-Astara magistralının həmin yaşayış məntəqəsindən keçən hissəsində yola axdığından  nəqliyyat vasitələrinin hərəkətində də çətinliklər yaranıb.

© Photo : Facebook/ Cavi DanLənkəran. Güclü yağışdan sonra
Lənkəran. Güclü yağışdan sonra - Sputnik Azərbaycan
1/2
Lənkəran. Güclü yağışdan sonra
© Photo : Facebook/ Cavi DanLənkəran. Güclü yağışdan sonra
Lənkəran. Güclü yağışdan sonra - Sputnik Azərbaycan
2/2
Lənkəran. Güclü yağışdan sonra
1/2
Lənkəran. Güclü yağışdan sonra
2/2
Lənkəran. Güclü yağışdan sonra

Hazırda hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasedicilərinin və texnikasının səyləri ilə bəzi evlərdən sakinlər evakuasiya olunub, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.  

Xəbər lenti
0