Əhməd Davudoğlu

Davudoğlu Ankaradakı partlayışın təşkilində şübhəlilər barədə danışıb

769
(Yenilənib 22:12 12.10.2015)
Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankaradakı partlayışın təşkilində İŞİD terror qruplaşması, PKK, solçu İnqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi (DHKP-C) və Marksist-Leninçi Partiyasının şübhəli olduğu barədə açıqlama verib.

BAKI, 11 okt — Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankaradakı partlayışın təşkilində İŞİD terror qruplaşması, PKK, solçu İnqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi (DHKP-C) və Marksist-Leninçi Partiyasının şübhəli olduğu barədə açıqlama verib.

“Bu cür terror aktı törətmək üçün potensiala yalnız İŞİD terror qruplaşması, PKK, solçu İnqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi (DHKP-C)  və Marksist-Leninçi Partiyası malikdirlər. Araşdırmalar davam edir”, deyə Əhməd Davudoğlu bildirib. 

Bu gün Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsi nəticəsində 86 nəfər dünyasını dəyişib, 186 nəfər yaralanıb.

Hadisə ilə bağlı ölkədə üç günlük yas elan edilib.

769
Mövzu:
Türkiyədə terror dalğası (18)
 Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

16
(Yenilənib 20:38 15.01.2021)
Təbiətin şıltaqlığı bu gün Yevlax şəhərində az qala insanların xəsarət alması ilə nəticələnə bilərmiş.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

© Sputnik / Rahim Mammadov
Yevlax rayon sakini Vüsal Ələkbərov

Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:

© Sputnik / Rahim Mammadov
Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.

Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.

16
Охотничья винтовка типа Винчестер, архивное фото

Ata oğlunu güllələyib: "Onu öldürmək fikrim olmayıb"

30
(Yenilənib 14:24 15.01.2021)
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.

Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.

Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.

Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.

30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0