Место взрыва в Анкаре

Ankarada partlayış olub, ölən yaralananlar var

57
(Yenilənib 22:12 12.10.2015)
Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib.

Bakı, 10 okt — Sputnik. Şənbə günü Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. 20 nəfərin öldüyü, çox sayda yaralı olduğu barədə məlumat verilib.

Sputnik, Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda təcili-tibbi yardım maşınları cəlb edilib. İlkin məlumatlarda partlayışın terror aktı olduğu ehtimal edilir.

Məlumatlarda ölənlərin və yaralıların sayının artacağı təxmin edilir.

Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.

57
Teqlər:
Ankarada partlayış, Ankarada terror, Türkiyədə terror
Mövzu:
Türkiyədə terror dalğası (18)