Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

ABŞ-da universitetdə silahlı insident baş verib, ölən və yaralanan var

© evening-kazan.rutapança
tapança - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) universitetdə silahlı insident baş verib.

BAKI, 10 okt — Sputnik. ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) universitetdə silahlı insident baş verib.

Naməlum şəxsin tələbə yataqxanasının həyətində açdığı atəş nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

Cinayətkar hadisə yerindən qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. Hadisənin başvermə səbəbi və təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl, ABŞ-ın Arizona ştatının Flaqstaf şəhərində yerləşən universitetdə baş verən atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Xəbər lenti
0