Yanğın

Evdə yanğın nəticəsində 7 uşaq diri-diri yanaraq öldü

55
(Yenilənib 22:11 12.10.2015)
Rusiyanın Krasnodar diyarının Abinski rayonunda fərdi evdə baş vermiş yanğın nəticəsində 7 uşaq diri-diri yanaraq ölüb.

BAKI, 9 okt — Sputnik. Rusiyanın Krasnodar diyarının Abinski rayonunda fərdi evdə baş vermiş yanğın nəticəsində 7 uşaq diri-diri yanaraq ölüb.

Bu barədə Rusiya FHN-nin Cənub Regional Mərkəzindən bildirilib.  

“Yanğın Xolmskaya qəsəbəsində baş verib. Yanğın fərdi evin 60 kv.m. sahəsini əhatə edib. Yanğın lokallaşdırıldıqdan sonra evdə 7 uşaq cəsədi aşkarlanıb.   

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.  

55

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

17
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

17
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14