Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əfqanıstanda ABŞ təyyarəsi qəzaya uğrayıb: 14 nəfər ölüb

© Photo : U.S. Air Force /Osakabe YasuoABŞ-a məxsus C-130 Herkules təyyarəsi
ABŞ-a məxsus C-130 Herkules təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Əfqanıstanın şərqində ABŞ-a məxsus “С-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

BAKI, 2 okt — Sputnik. Əfqanıstanın şərqində ABŞ-a məxsus “С-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə “ABC” telekanalına ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Son məlumata görə, təyyarənin göyərtəsində 6 hərbçi — heyət üzvü və 5 mülki əməkdaş olmaqla  11 nəfər olub.

Sərnişinlərin vətəndaşlığı açıqlanmır. Həmçinin, təyyarə qəzaya uğrayan an baş vermiş partlayış nəticəsində hadisə yerində olan üç Əfqanıstan vətəndaşının da ölüb.  

Qəzanın  səbəbləri hələlik məlum deyil.

İlkin məlumata görə, təyyarə vurulmayıb.  

Xəbər lenti
0