Сверхсовременные двухэтажные поезда «Stadler Kiss» из серии «EШ 2» направлены из Минска в Баку

Bakı-Sumqayıt sürət qatarı qadını vuraraq öldürüb

69
Bu gün Keşlə qəsəbəsində Bakı-Sumqayıt xətti ilə hərəkətdə olan sürət qatarı 35-40 yaşlarında qadını vurub.

BAKI, 17 sen — Sputnik. Bakıda qadını qatar vurub.

Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün Keşlə qəsəbəsində Bakı-Sumqayıt xətti ilə hərəkətdə olan sürət qatarı 35-40 yaşlarında qadını vurub. Nəticədə qadın aldığı xəsarətdən yerindəcə keçinib. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

69