Termometr - isti hava

2016-cı il 21-ci əsrin ən isti ili olacaq

3689
İqlim dəyişikliyi təsirini daha çox göstərməyə başladıqca, hava dəyişikliklərinə proqnoz verilməsi çətin olacaq.

BAKI, 15 sen — Sputnik. 2016-cı il 21-ci əsrin ən isti ili olacaq. İngiltərə alimlərinin araşdırma nəticələri bunu deməyə əsas verir.

Tədqiqatlara görə, yaşadığımız planet bir tərəfdən qızmar istilərlə, quraqlıqla, digər tərəfdən isə leysan yağışların yaratdığı sel ilə boğuşacaq.

İqlim dəyişikliyi təsirini daha çox göstərməyə başladıqca, hava dəyişikliklərinə proqnoz verilməsi çətin olacaq.

Bir çox vulkan ocaqlarında püskürmələr başlayacaq.

Üstəlik, bütün bu saydıqlarımız çox uzaqda deyil, yaxın 2 il ərzində baş verəcəyi güman edilir.

Ən böyük zərbəni quraqlığın təsiri altında olan Amerika və Afrika qitələrinin cənub bölgələri ilə Asiyanın qərb bölgələri alacaq.

Avropa qitəsində isə yay ayları sərin keçəcək. Bu, şimal qütbündəki buzlaqların əriməsini bir müddət ləngidəcək.

Alimlər əslində, atmosferdə keçən ildən bəri ciddi dəyişikliklərin baş verdiyini bildirirlər.

Dənizlər isinəndə karbondioksid və istixana effekti yaradan qazlarda çoxalma nəzərə çarpır.

Açıq söyləsək, geri dönüş çox da mümkün görünmür, buna baxmayaraq mütəxəssislər alınacaq tədbirlərin prosesi ləngidəcəyini bildirərək təcili olaraq hərəkətə keçməyin zəruriliyini qeyd edirlər.

3689
Teqlər:
Asiyanın qərb bölgələri, Amerika və Afrika qitələri, istixana effekti, karbondioksid, yay ayları, Avropa qitəsi, vulkan ocaqları, hava dəyişiklikləri, planet, yaşadığımız planet, leysan yağışlar, İngiltərə alimləri, buzlaqların əriməsi, ən isti il, aşağı hava temperaturu, hava şəraiti, hava proqnozu, hava məlumatı, hava haqqında, hava