Турецкая армия в поисках террористов РПК

Türkiyədə PKK-çılar yol polisinə hücum edib, 3 nəfər yaralanıb

63
(Yenilənib 09:49 03.09.2015)
Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.

BAKI, 3 sen — Sputnik. Türkiyənin Elazığ şəhərində PKK silahlıları yerli yol polisi idarəsinə hücum edib.

Türkiyənin Hurriyet qəzetinin verdiyi məlumata görə, nəticədə 3 polis əməkdaşı yaralanıb.

Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlanıb.

63