Yunanıstanda futbol klubunun qapıçısı məşq zamanı ölüb

6
(Yenilənib 09:26 03.09.2015)
Yunanıstanın “Veriya” klubunun qapıçısı Stelios Markusis məşq zamanı vəfat edib.

BAKI, 3 sen — Sputnik. Yunanıstanın “Veriya” klubunun qapıçısı Stelios Markusis məşq zamanı vəfat edib.

Bu barədə klubun açıqlamasında bildirilir.

Məlumata əsasən, 18 yaşlı idmançı komanda ilə birgə məşq edərkən özünü pis hiss edib və huşunu itirib.  Stelios Markusis dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin olaraq onun ölümünə səbəb kimi ürək tutması göstərilir.

Qeyd edək ki, “Veriya” klubu Yunanıstan çempionatında iki turdan sonra 5-ci pilləni tutur. 


6