Venesuela həbsxanasında yanğın: 16 ölü

17
(Yenilənib 11:39 01.09.2015)
Venesuela həbsxanasında baş verən yanğın nəticəsində 16 nəfər həlak olub, 17 nəfər xəsarət alıb. Bu barədə RIA Novosti məlumat verir.

BAKI, 1 sen — Sputnik. Venesuela həbsxanasında baş verən yanğın nəticəsində 16 nəfər həlak olub, 17 nəfər xəsarət alıb. Bu barədə RIA Novosti məlumat verir.

Yanğın səhər saatlarında ölkənin şimal ştatı Karaboboda yerləşən “Tocuyito” həbsxanasında baş verib.

İlkin məlumatlara əsasən, həlak olanların 8-i kişi, 8-i qadındır. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

17