Sui-qəsd

Bakıda parkda ağacdan asılmış kişi meyiti tapılıb

67
(Yenilənib 11:44 06.08.2015)
Bakıda intihar hadisəsi baş verib.

BAKI, 6 avq — Sputnik. Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Astara rayon sakini, 1966-cı il təvəllüdlü Oqtay Tanrıverdi oğlu Tanrıverdiyev qəsəbə ərazisində yerləşən 2 saylı yataqxananın parkında ağacdan özünü asıb. Onun meyiti parkda istirahət edən vətəndaşlar tərəfindən aşkarlanıb.

O. Tanrıverdiyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


67
Teqlər:
Bakıda intihar, intihar hadisəsi, intihar, özünə qəsd, qəsd, sui-qəsd, Oqtay Tanrıverdi oğlu Tanrıverdiyev, Bakı, Azərbaycan