Yanğın

Misirdə fabrikdə baş verən yanğın nəticəsində 24 nəfər ölüb

191
Məlumata əsəsən, günün birinci yarısında başlayan yanğın müəssisənin böyük ərazisini əhatə edərək onlarla fəhlənin binanı tərk etməsinə imkan verməyib.

BAKI, 28 iyul — Sputnik. Misirin Əl-Ubur şəhərində mebel fabrikində güclü yanğın baş verib.

Sputnik-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 24 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.

Məlumata əsəsən, günün birinci yarısında başlayan yanğın müəssisənin böyük ərazisini əhatə edərək onlarla fəhlənin binanı tərk etməsinə imkan verməyib.

Misir səhiyyə nazirliyindən bildiriblər ki, xəstəxanalara ağır vəziyyətdə çatdırılan yaralıların bir neçəsinin həyatını xilas etmək mümkün olmayıb. 

191