Polis zorakılığı

Məşhur aparıcı, aktrisa Tunay Əliyeva polis zorakılığına məruz qalıb

1525
(Yenilənib 09:06 27.07.2015)
Tunay Əliyeva: Belə əclaflıq, belə alçaqlıq mən hələ görməmişdim.

BAKI, 27 iyul – Sputnik. Məşhur teleaparıcı, aktrisa Tunay Əliyeva, dünən paytaxtın Nizami metro stansiyası yaxınlığında gördüyü polis qəddarlığı barədə Sputnik-ə açıqlamalar verib. 

O, bir neçə polisin əlbir olaraq, ara küçələrdən birində gənc oğlanı qəddarca döydüklərini söyləyib. Gördüyü vəhşilik qarşısında şok keçirdiyini deyən Tunay Əliyeva, hadisəni həm video həm də foto lentə almağa çalışıb. Çəkiliş aparılmasından təşvişə düşən polis əməkdaşları məşhur aktrisaya qarşı da zorakılıq ediblər. Onlar T.Əliyevanın idarə etdiyi avtomobilin qarşısını kəsərək, aktrisadan çəkdiyi videogörüntüləri dərhal silməsini tələb ediblər. Avtomobilin qapısını zorla açmağa çalışan bir nəfər polis məmuru, görüntülər silinməyənədək onu ərazidən getməyə qoymayacaqları ilə hədələyiblər. O an çarəsizlik içində qaldığını deyən Tunay Əliyeva, polislərin zorla videonu sildirdiklərini bildirib. 

  • Polis zorakılığı
    Polis zorakılığı
    © Sputnik / Murad Orujov
  • Polis zorakılığı
    Polis zorakılığı
    © Sputnik / Murad Orujov
  • Polis zorakılığı
    Polis zorakılığı
    © Sputnik / Murad Orujov
  • Polis zorakılığı
    Polis zorakılığı
    © Sputnik / Murad Orujov
  • Polis zorakılığı
    Polis zorakılığı
    © Sputnik / Murad Orujov
1 / 5
© Sputnik / Murad Orujov
Polis zorakılığı

Ancaq bundan sonra ərazidən uzaqlaşa bildiyini deyən məşhur teleaparıcı daha sonra əlavə edib: 

“Belə əclaflıq, belə alçaqlıq mən hələ görməmişdim. Lap əgər kimsə cinayətkardırsa, onun cəzasını küçədə vəhşicəsinə döyərək vermirlər. Biz hüquqi dövlətik axı. Bəs onda prokurorluq, məhkəmələr niyə var, nə işə yarayır həmin dövlət qurumları?!”

Tunay Əliyeva
Tunay Əliyeva

Telefonun yaddaşında qalan bir neçə foto şəkili bizimlə paylaşan Tunay Əliyeva, Sputnik xəbər agentliyindən, baş verən bu qeyri-qanuni hərəkəti ictimaiyyətə çatdırmağımızı xahiş etdi. Mövzunun davamı olacaq.

1525