Hərbi maşının partladılması

Türkiyədə hərbi maşın partladılıb, 2 nəfər ölüb

19
(Yenilənib 10:06 26.07.2015)
Türkiyənin Diyarbakır vilayətində hərbi maşın partladılıb, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

BAKI, 26 iyul — Sputnik. Türkiyənin Diyarbakır vilayətində hərbi maşın partladılıb, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Sputnik-in “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident Diyarbakır-Bingöl yolunda,  Lise rayonu ərazisində qeydə alınıb.

Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.

Yaralanan əsgərlər Lice Xəstəxanasına, sonra isə Diyarbakır şəhərində yerləşən Dəclə Universiteti Tibb  Xəstəxanasına çatdırılıblar.

Bölgədə vəziyyətin gərgin olduğu bildirilir. Hadisə ilə əlaqədar Türkiyə ordusu hərbi təyyarələrin iştirakı ilə əməliyyata başlayıb.

19