BAKI, 21 iyul — Sputnik. Bakının Pirşağı çimərliyində Qax rayonu İbaxlı kənd sakini Əhmədov Səfər Vaqif oğlu dənizdə çimərkən boğulub.
Qohumlarının Sputnik-ə verdikləri məlumata görə, onun cəsədini hələ dənizdən çıxarmaq mümkün olmayıb.
Əhmədov Səfər DİN Çevik polis alayının çavuşudur.
Külək səbəbindən dünən dayandırılmış axtarışlar bu gün davam etdirilir.
BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.
Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.
Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.
BAKI, 5 mart - Sputnik. Gəncə şəhərində 11 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar Mövsümov Vasif Hüseyn oğlu (1985-ci il təvəllüdlü), Hüseynov Akif Qabil oğlu, Əliyev Ayxan Elnur oğlu (2014), İsgəndərov Nail Hamlet oğlu (1978) və Zeynalova Fatimə Kamil qızıdır (1987).
Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 6 mart — Sputnik. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borel Cənubi Kipr və Şimali Kipr liderləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərlə bağlı açıqlama verib.
Diplomat kiprli liderlərlə görüşdən sonra bildirib ki, gediləcək çətin uzun bir yol var, amma həll yolu tapa bilər. Diplomat qeyd edib ki, Avropa Birliyi həll prosesinin BMT himayəsi altında ən qısa vaxtda yenidən başalamasını dəstəkləyir.
“BMT-nin formalaşdırdığı hazır bir çərçivə palnı var. Bu, asan olmayacaq, ancaq bütün kiprlilərin, Avropanın və bölgənin sabitliyi üçün bunu etmək mümkündür. Avropa Birliyi Kiprli tərəflərlə yanaşı təminatçı ölkə olaraq Türkiyə, Yunanıstan və İngiltərənin də iştirak edəcəyi 5+1 qeyri-rəsmi iclasında müşahidəçi kimi qatılmaq istəyir”.
Qeyd edək ki, Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.