Авария

Bakıda zəncirvari yol qəzası: xəsarət alanlar var

27
(Yenilənib 14:51 16.07.2015)
Hadisə paytaxtın Nizami rayonunda, Babək prospektində qeydə alınıb.

BAKI 16 iyul — Sputnik. Bakıda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda, Babək prospektində qeydə alınıb.

Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Elçin Şəfiyevin idarə etdiyi, “Toyota Corolla”, 1971-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi “Mercedes”, 1991-ci il təvəllüdlü Elxan Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsindən E. Şəfiyev, A. Əliyev və sərnişinləri Firəngiz Məmmədova xəsarətlə Travmatologiya İnstitutuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

27
Teqlər:
Bakıda yol qəzası, zəncirvari qəza, avtomobil qəzası, qəza, Bakı, Azərbaycan