Ömər Şərif

Ömər Şərifin AZƏRBAYCAN LİDERİ rolunda çəkildiyi filmə buradan baxın

242
(Yenilənib 01:31 11.07.2015)
Misirli aktyor Ömər Şərif 83 yaşında Qahirədə vəfat edib.

BAKI, 10 iyul — Sputnik. Misirli aktyor Ömər Şərif 83 yaşında Qahirədə vəfat edib. Al-Arabiya News Channel-in xəbərinə görə son bir neçə ildə artist Alzgeymer xəstəliyindən əziyyət çəkirmiş.

Ömər Şərif "Ərəbistanlı Lourens" filmindəki roluna görə məşhurlaşıb. Həmin rola görə o 1962-ci ildə Oskara irəli sürülüb və "Qızıl qlobus"u alıb. Şərif ikinci "Qızıl qlobus"u "Doktor Jivaqo"ya görə alıb. Həmçinin onun "Makkenanın qızılı", "Gülməli qız" və "Roma imperiyasının süqutu" filmlərində yaddaqalan rolları olub. 2009-cu ildə çəkilmiş "Sizə deməyi unutdum" filmində Ömər Şərif Alzgeymer xəstəliyindən əziyyət çəkən insanın rolunu ifa edib.

Ömər Şərifin əsl adı Mişel Demetri Şalhubdur. O 1932-ci ildə İsgəndəriyyədə anadan olub. Aktyor karyerasına 1954-cü ildə "Cəhənnəmin səması" filmi ilə başlayıb. "Ərəbistanlı Lourens" filmindən sonra aktyor Hollivud və Avropada populyarlaşıb. 2003-cü ildə Venesiya kinofestifalında kinematoqrafın inkişafındakı xidmətinə görə "Qızıl şir" alıb.

Maraqlıdır ki, Ömər Şərif "Şirlərlə döyüş" (1994) filmində Azərbaycan lideri Səfər Xanın rolunu canlandırıb. Film Dağlıq Qarabağ hadisələrindən bəhs edir. Həmin filmə buyurub baxa bilərsiniz:

242
Teqlər:
Qızıl qlobus, Alzgeymer xəstəliyi, Səfər Xan, Ömər Şərifin AZƏRBAYCAN LİDERİ rolunda çəkildiyi film, son bir neçə, xəstəliyindən əziyyət çəkən insanın rolunu ifa edib, hadisələrindən bəhs edir, roluna görə məşhurlaşıb, artist, aktyor, Oskar, Qızıl şir, Sizə deməyi unutdum, Doktor Jivaqo, Roma imperiyasının süqutu, Gülməli qız, Makkenanın qızılı, Şirlərlə döyüş, Ərəbistanlı Lourens, Cəhənnəmin səması, Xəstəlik, Vəfat, Al-Arabiya News Channel, Hollivud, Ömər Şərif, Mişel Demetri Şalhub, Dağlıq Qarabağ, Azərbaycan, Qahirə, Venesiya, İsgəndəriyyə, Avropa, Misir
Polis əməkdaşı Qarabağda, arxiv şəkli

Qarabağa icazəsiz gedən azərbaycanlılar saxlanıldılar - FOTO

5
Polisin saxladığı şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbirlər görülüb.

BAKI, 8 mart - Sputnik. Səhərə yaxın Füzuli rayonu ərazisində polis işçilərinin sayıqlığını yoxlamağa cəhd edənlər saxlanılıblar. 

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 7-də gecə saat 5 radələrində DİN-in polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 avtomobildə olan 4 nəfər saxlanılıb və aidiyyəti üzrə Füzuli RPŞ-yə gətirilib.

© AR Ministry of Internal Affairs
İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçməyə çalışan Beyləqan sakinləri

Araşdırmalarla onların Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakinləri S.Teymurlu, H.Şirinov, C.Əşrəfli və F.Əbilov olmaları müəyyən edilib. Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, DİN müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıq edib.

5
Teqlər:
Beyləqan, Füzuli, işğaldan azad edilmiş ərazilər, Qarabağ

Sürüşmə deyil, köhnə süxur kütləsi yer dəyişib - Nazirlik rəsmisi

7
Bu gün Badamdarda torpaq sürüşməsi olub, Badamdar şossesi yenidən bağlanıb, yaxınlıqda olan restoranın isə pəncərəsi sınıb

BAKI, 8 mart - Sputnik. Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov açıqlama verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Rafiq Həsənov Badamdar sürüşmə sahəsinə baxış keçirildiyini bildirib: “Əraziyə baxış zamanı məlum olub ki, 28 yanvarda baş verən sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillər, əsasən də son zamanlar atmosfer yağıntıların nəticəsində yerinin dəyişməsi qeydə alınıb. Əslində qruntun yer dəyişməsi ümumilikdə sürüşmə prosesini aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə dayanıqlılığı pozulmuş süxur kütləsinin yer dəyişməsi kimi qiymətləndirilir”.

Qeyd edək ki, bu gün Badamdarda torpaq sürüşməsi olub, Badamdar şossesi yenidən bağlanıb, yaxınlıqda olan restoranın isə pəncərəsi sınıb. 

7
Teqlər:
açıqlama, ETSN, Badamdarda sürüşmə

Zəngilan rayonunun Qaragöz kəndi - VİDEO

0
(Yenilənib 13:28 08.03.2021)
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan Qaragöz kəndini Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da erməni tapdağından xilas ediblər

BAKI, 8 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaragöz kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Kənd Bəsitçayın sahilində, düzənlikdədir. Mənşəcə turkdilli inan tayfasının qaragöz qolunun adındandır. Hazırda qaragözlülör İranın Fars əyalətində inanlı tayfa birləşməsinin tərkibində yaşayırlar.

1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan kəndi Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da erməni tapdağından xilas ediblər.

0
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Zəngilan, Azərbaycan, Qarabağ