Robin Uilyams

Robin Uilyamsın ölümünə səhv diaqnoz səbəb olub

48
(Yenilənib 17:31 01.07.2015)
Ölümündən əvvəl Robin Uilyamsa qoyulmuş "Parkinson xəstəliyi" diaqnozu düzgün olmayıb.

BAKI, 1 iyul — Sputnik. ABŞ patoloqoanatomları 2014-cü ildə özünü öldürmüş məşhur aktyor Robin Uilyamsın cəsədini yarıblar.

Yarmanın nəticələri hamını heyrətə gətirib.

Məlum olub ki, ölümündən əvvəl aktyora qoyulmuş "Parkinson xəstəliyi" diaqnozu düzgün olmayıb. Onun xəstəliyi demensiya olub. Bu xəstəlik çox vaxt Alsgeymer və ya Parkinsonla səhv salınır. 

Oskar mükafatçısı olan Robin Uilyams ötən ilin avqustunda intihar edib. O zaman çoxları bu intiharın səbəblərini anlamamışdılar.

48