Bu ay rekord istilər gözlənilir

103
Nazirlik: Bu ay havanın hərarəti normal iqlim temperaturundan 1-2 dərəcə yüksək olacaq.

BAKI, 1 iyul – Sputnik. Son vaxtlar Asiyada, xüsusilə Hindistan və Pakistanda davam edən anormal isti hava şəraiti və bunun səbəb olduğu kütləvi ölüm halları qlobal istiləşmə təhlükəsini yenidən dünya gündəminin əsas mövzusuna çevirib.

Üstəlik Avropa Meteorologiya assosasiyaları birliyinin, bu ay qitədə anormal istilər olacağı, hava temperaturunun rekord həddə çatacağı ilə bağlı yaydığı son bəyanat məsələnin nə dərəcə ciddi olduğunu ortaya qoyur. 

Şimali Afrikadan gələn isti hava dalğasının Avropaya ciddi təsir edəcəyi xəbər verilib.

Bənzər istilər Avropada 2003-cü ildə də yaşanmış və on minlərlə insan həyatını itirmişdi. 

Bu təhlükəli xəbərdarlığın Asiya qitəsi ilə Avropa arasında yerləşən Azərbaycana necə təsir edəcəyini maraqlanmaq üçün Ekologiya və Təbii sərvətlər nazirliyinin Hava proqnozları bürosu ilə əlaqə saxladıq. 

Mərkəzdən redaksiyamıza bildirildi ki, bu ay havanın hərarəti normal iqlim temperaturundan 1-2 dərəcə yüksək olacaq. Əsasən Mərkəzi Aran və Naxçıvan bölgələri isti havadan daha çox əziyyət çəkəcək. Bu ərazilərdə temperaturun hətta 44-45 dərəcəyə çatacağı gözlənilir. Abşeron yarımadasında isə havanın istiliyi maksimum 40 dərəcəyə çatacaq. 

Nazirlik meteo həssas insanların günorta saatlarında evdən çölə çıxmamasını məsləhət görür.

103