Londonda istilər

Dəhşətli isti təhlükəsi Avropanı qorxudur

14
(Yenilənib 12:31 01.07.2015)
Şimali Afrikadan gələn isti hava dalğasının Avropaya ciddi təsir edəcəyi gözlənilir.

BAKI, 1 iyul – Sputnik. İyul ayında Avropa qitəsində dəhşətli istilər olacağı proqnozlaşdırılır. Təxminlərə görə, mülayim və yağışlı iqliminə görə tanınan İngiltərədə belə hava temperaturunun 40 dərəcəyə çatacağı bildirilir. Əsasən də Şimali Afrikadan gələn isti hava dalğasının Avropaya ciddi təsir edəcəyi gözlənilir.

Buna oxşar anormal istilər Avropada 2003-cü ildə də yaşanmış və on minlərlə insan həyatını itirmişdi. 

Belə hallarla yenidən qarşılaşmamaq üçün mütəxəssislər xəbərdarlıq edir. Bol su içmək, günəş kremindən istifadə etmək, və günorta saatlarında çölə çıxmamaq tövsiyyə olunur.  

İspaniyada havanın temperaturu artıq 40 dərəcəni keçərək 42-ə çatıb. Dövlət meşə yanğınları olmasından narahatdır. Bu səbəblə Kataloniya bölgəsində meşə sahələrinin 500 metr yaxınlığında atəşfəşanlıq keçirilməsi qadağan edilib. Siqaret çəkənlərin də çox diqqətli olmaları istənilir.

Səlahiyyətli orqanlar xalqa spirtdən uzaq durmaları və bol su istehlak etməyi tövsiyyə edib.

İspaniyadan fərqli olaraq, İtaliya isti hava dalğasının təsirini nisbətən daha az hiss edəcək.

Bu ölkədə havanın ortalama temperaturunun 34-35 dərəcəni keçməyəcəyi bildirilir.

Şimali Afrikadan gələn isti hava dalğasının ən çox Fransaya təsir edəcəyi proqnozlaşdırılır.

Bu gündən etibarən ölkənin cənub bölgəsində yaşayanlar 42 dərəcə temperaturu hiss edə biləcəklər.

İngiltərədə isə xalqa 11:00-dan 17:00-dək çölə çıxmamaq məsləhət görülüb. Dövlət əhalidən yanlarında bol su və günəş kremi saxlamağı tövsiyyə edir.

14