Hövsanda yanğın

Hövsanda xeyir-şər evi yandı

124
(Yenilənib 00:53 08.06.2015)
Hövsan qəsəbəsində məscidin arxasında yerləşən binanın həyətindəki xeyir-şər evi 20 dəqiqə ərzində külə dönüb.

BAKI, 7 iyun — Sputnik. Hövsan qəsəbəsində məscidin arxasında yerləşən binanın həyətindəki xeyir-şər evi 20 dəqiqə ərzində külə dönüb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın gəlsə də, yanğının qarşısını dərhal almaq mümkün olmayıb. Yanğınsöndürənlər xeyir-şər evinin sonuncu divarını söndürməyə yetişiblər. Onlar yanğının ətraf binalara keçməməsi üçün lokallaşdırıblar. Yanğının başvermə səbəbi aydın deyil.

Xeyir-şər evinin sahibləri hadisə baş verən vaxt orda olmayıblar. Qapı bağlı olduğundan içəri daxil olub yanğına vaxtında müdaxilə etmək mümkün olmayıb. 

  • Hövsanda yanğın
    Hövsanda yanğın
    sputnik.az/Tariyel Qasımov
  • Hövsanda yanğın
    Hövsanda yanğın
    sputnik.az/Tariyel Qasımov
  • Hövsanda yanğın
    Hövsanda yanğın
    sputnik.az/Tariyel Qasımov
1 / 3
sputnik.az/Tariyel Qasımov
Hövsanda yanğın
124
Teqlər:
hadisə, kül, məscid, qapı, ətraf binalar, yanğınsöndürən maşınlar, xeyir-şər evi, Yanğın, Hövsan
Əlaqədar
Badamdarda maşın bazarı yanır
Bakıda yanan binada xəsarət alanların sonuncusu evə buraxılıb
Qanada misli görünməmiş yanğın baş verdi
Məktəblilər, arxiv şəkli

Atəş nəticəsində ölən xəsarət alan məktəblilərin sayı açıqlandı

24
Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

BAKI, 24 oktyabr — Sputnik. Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə 40-a yaxın məktəbə ciddi ziyan dəyib:

"Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.

Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!"

24
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
 Meyitxana, arxiv şəkli

Balaxanı qəsəbəsində qətl törədilib

29
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 24 oktyabr — Sputnik. Oktyabrın 23-də saat 09 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbə sakini 1988-ci il təvəllüdlü Məmmədov Natiq Fəxrəddin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Sabunçu Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Balaxanı qəsəbə sakini 1995-ci il təvəllüdlü Mahmudov Ülvi Vüqar oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Natiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ülvi Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

29
Məktəb, arxiv şəkli

Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?

0
Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, 12 yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır.

BAKI, 24 oktyabr — Sputnik. Bütün dünyadan koronavirus epidemiyası yayıldığı gündən bu yana hansı yaşdan etibarən uşaqların maska taxmalı olduqları məsələsi də ən çox müzakirə olunan mövzulardan biridir. Rusiyalı ekspert bu suala dəqiq cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssislər 12 yaşdan etibarən bütün uşaq və yeniyetmələrin maska taxmasını tövsiyə edirlər. Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi belə hesab edir ki, bu yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır. Mütəxəssisin sözlərinə görə, bununla belə, uşaqlar COVID-19 virusunun aktiv daşıyıcıları hesab olunmurlar. Müşahidələr göstərir ki, bu virus əksər hallarda uşaqlara böyüklərdən yoluxur.

0