təyyarə

Moskvadan Peterburqa uçan təyyarədə azərbaycanlı intihara cəhd edib

10
(Yenilənib 15:12 26.05.2015)
Təyyarə “Pulkovo” hava limanına eniş etməzdən qabaq 62 yaşlı azərbaycanlı kişi tualetə girərək qapını kilidləyib.

BAKI, 26 may — Sputnik. Moskva-Sankt-Peterburq reysi ilə uçan təyyarədə intihara cəhd olub. 

Sputnik-in fontanka.ru saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 25-i saat 23 radələrində baş verib.

Təyyarə “Pulkovo” hava limanına eniş etməzdən qabaq 62 yaşlı azərbaycanlı kişi tualetə girərək qapını kilidləyib.

“Daha belə yaşamaq istəmirəm” deyə qışqıran azərbaycanlı qol damarlarını kəsib. Bunu görən stüardessa fövqəladə vəziyyət əməkdaşlarını çağırıb. Həmin şəxs xilas edilib və xəstəxanaya çatdırılıb. Faktı nəqliyyat polisinin mətbuat xidməti təsdiqləyib. İntihar etmək istəyən şəxsin kimliyi açıqlanmır.

Sank-Peterburq hüquq-mühafizə orqanları təyyarədə intihara cəhd faktı ilə bağlı araşdırma aparır. 

10