Meksikada qasırğa

Tornado 10 nəfərin həyatına son qoydu

9
Ölənlərin əksəriyyəti təbii fəlakət zamanı küçədə olublar.

BAKI, 25 may — Sputnik. Meksikanın sərhədyanı Syudad-Akunya şəhərində baş verən dağıdıcı tornado nəticəsində 10 nəfər ölüb.

Sputnik gazeta.ru-ya istinadən xəbər verir ki, tornado nəticəsində yüzlərlə ev və tikililərə ziyan dəyib, maşınlar aşıb, mobil rabitə kəsilib.

Syudad-Akunya şəhərinin meri deyib ki, ölənlərin əksəriyyəti təbii fəlakət zamanı küçədə olublar. 

Bundan əvvəl ABŞ-ın Texas ştatında güclü qasırğa nəticəsində 26 nəfər xəsarət almışdı. 


9
Teqlər:
Tornado, Texas, Meksika
Əlaqədar
ABŞ-da sel 3 can aldı