Tunisdə hadisə

Tunisdə hərbi hissədə insident yaşandı

5
Bir nəfər əsgər hələ bəlli olmayan səbəblə ətrafdakı yoldaşlarına silahdan atəş açıb.

BAKI, 25 may — Sputnik. Tunisdəki hərbi hissələrdən birində silahlı insident yaşanıb. Bir nəfər əsgər hələ bəlli olmayan səbəblə ətrafdakı yoldaşlarına silahdan atəş açıb.

Nəticədə 1 zabit ölüb, 8 əsgər yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Atəş açan şəxsin öldürüldüyü qeyd olunub.

Ölkənin müdafiə naziri hadisənin terror hücumu olmadığını bildirib.

Son vaxtlar Tunisdə buna bənzər hadisələr tez-tez yaşanır.

Təkcə 18 martda Bardo şəhərində muzeyə edilən silahlı basqında 23 nəfər ölmüş, 47 nəfər isə yaralanmışdı.

İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən bu qanlı hücum beynəlxalq ictimaiyyətin ciddi qınağına səbəb olmuşdu.

 

5
Teqlər:
silah, terror, zabit, əsgər, silahlı insident, muzeyə hücum, Atəş, İŞİD, Tunis