Dünyanı velosipedlə gəzən fransız Türkiyədə qəzada öldü

18
(Yenilənib 16:29 25.05.2015)
Şəxsi velosipedi ilə dünyanın 40-dan çox ölkəsini gəzən 59 yaşlı fransız Kristian Jan Auqust Türkiyədə qəzaya uğrayaraq dünyasını dəyişib.

BAKI, 25 may — Sputnik. Şəxsi velosipedi ilə dünyanın 40-dan çox ölkəsini gəzən 59 yaşlı fransız Kristian Jan Auqust Türkiyədə qəzaya uğrayaraq dünyasını dəyişib.

Hadisə dünən Muğla vilayətinin Marmaris qəsəbəsində meydana gəlib.

Velosipedçi yolda gedərkən arxadan yüksək sürətlə gələn avtomobil ona dəyib. Dərhal xəstəxanaya aparılan Auqust yarı yolda keçinib.

59 yaşlı fransız velosipedçi Parisdə Beynəlxalq Elmi araşdırmalar mərkəzində dərs deyirdi. O, özünün facebook səhifəsində bundan sonra daha 16 ölkəni gəzmək istədiyini yazmışdı. 

 

18
Teqlər:
avtomobil, fransız, velosipedçi, qəza, Paris Beynəlxalq Elmi araşdırmalar mərkəzi, Jan Auqust, Muğla, Türkiyə