Qəzaya uğramış avtomobil

Bakı-Qazax yolunda maşın aşıb, sürücü ölüb

177
(Yenilənib 17:41 23.05.2015)
Bakı-Qazax magistral yolunun Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

BAKI, 23 may — Sputnik. Bakı-Qazax magistral yolunun Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə mayın 23-də saat 03:00 radələrində baş verib.

Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Aftandil Salmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Qəza zamanı sürücü ölüb, avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Mayıl Haqverdiyev ağır yaralanaraq Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

177
Əlaqədar
Hər dörd qəzadan birinə mobil telefon səbəb olur
Kambocada ağır yol qəzası