TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib

Ramin Bayramlını TƏBİB rəhbəri postunda bu şəxs əvəz edəcək

60
(Yenilənib 12:59 13.09.2021)
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

BAKI, 13 sentyabr — Sputnik. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə Sputnik Azərbaycan-a  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. O hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir", - agentlikdən qeyd olunub.

Xatırladaq ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir.

Z. Əliyevin digər əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib.

Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

60
Moderna vaksini, arxiv şəkli

"Pfizer" "Moderna" peyvəndlərinin az rast gəlinən yan təsiri məlum olub

230
(Yenilənib 21:58 17.09.2021)
Bu peyvəndlərdən sonra yaranan miokardit adətən gənclərə təsir edir, ancaq ikinci dozadan sonra bu hal demək olarki, həmişə yoxa çıxır.

BAKI, 18 sentyabr — Sputnik. "Pfizer" və "Moderna" peyvəndlərindən sonra nadir rast gəlinən yan təsir olan miokarditin araşdırılması göstərib ki, bu hal çox vaxt 30 yaşına qədər insanlarda müşahidə olunur. Lakin peyvəndin ikinci dozasından sonra demək olar ki, həmişə tamamilə yoxa çıxır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "medRxiv"də dərc edilmiş tədqiqat nəticələrində deyilir.

"Pfizer""Moderna"nın yeni növ koronavirusa qarşı Ribonuklein əsaslı vaksini nadir hallarda ürək əzələsinin iltihabi xəstəliyi olan miokarditin yaranmasına səbəb olması faktı bu ilin yazında məlum olub. Xəstəliyin fəsadları ürək çatışmazlığına və ya qəfil ürək dayanmasına səbəb ola bilər.

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən (İngiltərə) Samanta Leynin rəhbərliyi altında alimlər peyvənd zamanı bu cür yan təsirlərin nə qədər tez meydana gəldiyini təhlil ediblər. Həmçinin vaksinlərin qan dövranı sisteminin digər iltihabi xəstəliyi olan perikarditin yaranmasına nə qədər tez səbəb olduğunu da izləyiblər.

Leyn və həmkarları "Pfizer" və "Moderna" peyvəndlərindən istifadə edən İsrail, İngiltərə və dünyanın digər ölkələrindən miokardit və perikarditin inkişafı ilə bağlı bütün məlumatları toplayıb təhlil ediblər. Tədqiqatçılar bütün bu halları təhlil edərək bu yan təsirlərin inkişafının mümkün səbəblərini və nəticələrini araşdırıblar.

Ümumilikdə həkimlər "Pfizer" peyvəndindən sonra təxminən üç minə yaxın və "Moderna" vaksinindən sonra isə minə yaxın miokardit və perikardit hallarını qeydə alıblar. Bu cür reaksiyaya malik olan xəstələrin böyük əksəriyyəti, yəni təxminən 68-78%-i kişilər idi ki, onların da yarıdan çoxu 30 yaşa qədər olan insanlardır.

Alimlər ürək əzələsi və ona yaxın olan toxumaların iltihabının demək olar ki, həmişə ciddi nəticələrə səbəb olmadığını və xəstənin sağlamlığı üçün görünən nəticələr vermədən tez ötüb keçdiyini kəşf ediblər.

Onu da əlavə etmək lazımdır ki, qeyd olunan məqalə müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilməyib və elmi jurnalların redaktorları tərəfindən yoxlanılmayıb. Buna görə də ondan və buna bənzər məqalələrdən çıxarılan nəticələrə ehtiyatla yanaşmaq lazımdır.

Həmçinin oxuyun:

Vaksin qorxusu ilə necə mübarizə aparmalı? - Psixoloq məsləhəti

230
Teqlər:
vaksin, Pfizer
Koronavirusa qarşı AstraZeneca və  Moderna vaksinləri, arxiv şəkli

Rusiyada COVID-19 əleyhinə AstraZeneca peyvəndinin istehsalına başlanıb

9
(Yenilənib 21:15 17.09.2021)
"R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

BAKI, 17 sentyabr — Sputnik. Rusiyanın "R-Pharm" əczaçılıq şirkəti Oksford universiteti və AstraZeneca-nın lisenziyası əsasında koronavirusa qarşı peyvənd istehsalına başlayıb. Rusiyanın Sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov jurnalistlərə verdiyi açıqlamada peyvəndin ixrac məqsədi ilə istehsal olunduğunu, daxili bazarın isə Rusiya məhsulları ilə tam təmin edildiyini bildirib.

"Rusiyada artıq xarici peyvəndlər istehsal olunur, "R-Farm"da AstraZeneca ixrac müqavilələri əsasında istehsal olunur. Daxili bazara gəldikdə, biz öz məhsullarımızla tam təmin olunmuşuq. Hər şey mümkündür, xüsusən də gələcəkdə. Ancaq burada və indi tələsik tələbatın fonunda öz istehsal sahələrimizlə işləyirik", - deyə Osmakov bildirib.

"R-Farm"ın baş direktoru Vasili İqnatyev may ayında RİA Novosti-yə bildirib ki, şirkət iyun ayında Oksford universitetinin və AstraZeneca lisenziyası əsasında koronovirus əleyhinə ilk peyvənd partiyasını buraxmağı planlaşdırıb. O nun sözlərinə görə, "R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

Həmçinin oxuyun:

Özbəkistanda pomidordan koronavirusa qarşı peyvənd hazırlanır

9
Teqlər:
vaksin, AstraZeneca
Playstation 4-ün costiki, arxiv şəkli

"Playstation"da qanun pozuntusu aşkarlandı

0
“Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

 

BAKI, 18 sentyabr — Sputnik. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb. Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir müddət öncə Bakıda analoji hadisə baş vermişdi. Belə ki, "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar edildiyi üçün həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

0