Bakıda təcili yardım avtomobili, arxiv şəkli

"Koronavirusun yeni yayılmış "Mu" ştammının təhlükəsi - Sürətlə yoluxdurur...

1659
(Yenilənib 13:13 02.09.2021)
Yeni ştammla bağlı elmi araşdırmalar olmasa da, sürətlə yayılan bu ştammın vaksinlərə qarşı dayanıqlı olacağı güman edilir.

BAKI, 2 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yunan əlifbasındakı hərf sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

May ayından etibarən Domikan Respublikasının böyük şəhəri olan Santo-Dominqoda, həmçinin ölkənin cənubunda yerləşən Bahoruko, Barahona və Asua şəhərlərində "Mu" ştammına yoluxma halları aşkarlanıb.

Rəsmi məlumatlara görə, 10,8 milyon əhalisi olan Dominikan Respublikasında 350 mindən çox insan koronavirusa yoluxub, 4008 nəfər ölüb. İndiyə qədər 4.6 milyondan çox vətəndaş iki doz vaksin alıb.

İndi hər kəsi düşündürə suallardan biri də koronavirusun "Mu" ştammının "Delta" ştammı ilə müqayisədə yoluxdurma və ağırlaşdırma qabiliyyətinin fərqidir.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusun "Mu" variantnın bir sıra ölkələrdə yayılması artıq narahatlıq yaratmağa başlayıb. V.Cavadzadə bildirib ki, "Mu" ştammı ilə bağlı elmi araşdırmalar olmasa da bu ştammın vaksinlərə qarşı dayanıqlı olacağı güman edilir:

"Bu sahədə ilkin elmi tədqqat işləri aparılmadığından yeni ştammla bağlı geniş məlumatlar yoxdur. Bununla belə "Mu" variantından artıq ölüm halları da qeydə alınır", - deyə V.Cavadzadə qeyd edib.

İnfeksionist bildirib ki, koronavirusun hər hansı mutasiya etmiş variantının yeni yayılmasına baxmayaraq xəstəliyin müalicə prinspləri eynidir. Onun sözlərinə görə, profilaktika da mutasiya etmiş variantlara qarюı eyni qaydada aparılır. Müalicədə hər hansı fərqli xüsusiyyətlər yoxdur.

V.Cavadzadə hazırda "Delta" ştammının daha sürətlə yayıldığını bildirib:

"Artıq 100-dən artıq ölkədə "Delta" ştammı yayılıb. Bununla belə mutasiya etmiş "Mu" variantı da sürətli yoluxdurma qabiliyyətinə malikdir", - deyə infeksionist bildirir.

V.Cavadzadə yeni mutasiya etmiş ştammlarla mübarizədə hələki ən uğurlu yolun vaksinasiya olduğunu bildirir. Onun sözlərinə görə, virusun indiyədək mutasiya etmiş variantlarında ölüm halları koronavirus əleyhinə vaksin olunmuş şəxslərdə daha az qeydə alınıb:

"Virus mutasiya olunmaqda davam edir. Ona görə də çıxış yolu virusa qarşı peyvəndlənmədir. Bu halda yoluxma olsa belə ölüm riski kəskin şəkildə aşağı düşür", - deyə infeksionist bildirib.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusun yeni "Mü" ştammına 48 yoluxma faktı qeydə alınıb. Bu barədə "The Mirror" qəzeti yazıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "Mü" (Mu) və ya B.1.621 ştammı hazırda 39 ölkədə yayılıb. Alimlər bu mutasiyanın COVİD-19 vaksinlərinə qarşı daha davamlı olduğunu təxmin edirlər. Xatıradaq ki, "Mü" ştammı ilin əvvəlində Kolumbiyada aşkarlanıb. "Mu" variantının ümumən yayılması yavaş olsa da, Kolumbiya və Ekvadorda bu proses artmaqda davam edir.

Həmçinin oxuyun:

İnfeksionist: “Koronavirusun yeni növləri yaranacaq”

1659
Teqlər:
ştamm
Moderna vaksini, arxiv şəkli

"Pfizer" "Moderna" peyvəndlərinin az rast gəlinən yan təsiri məlum olub

390
(Yenilənib 21:58 17.09.2021)
Bu peyvəndlərdən sonra yaranan miokardit adətən gənclərə təsir edir, ancaq ikinci dozadan sonra bu hal demək olarki, həmişə yoxa çıxır.

BAKI, 18 sentyabr — Sputnik. "Pfizer" və "Moderna" peyvəndlərindən sonra nadir rast gəlinən yan təsir olan miokarditin araşdırılması göstərib ki, bu hal çox vaxt 30 yaşına qədər insanlarda müşahidə olunur. Lakin peyvəndin ikinci dozasından sonra demək olar ki, həmişə tamamilə yoxa çıxır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "medRxiv"də dərc edilmiş tədqiqat nəticələrində deyilir.

"Pfizer""Moderna"nın yeni növ koronavirusa qarşı Ribonuklein əsaslı vaksini nadir hallarda ürək əzələsinin iltihabi xəstəliyi olan miokarditin yaranmasına səbəb olması faktı bu ilin yazında məlum olub. Xəstəliyin fəsadları ürək çatışmazlığına və ya qəfil ürək dayanmasına səbəb ola bilər.

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən (İngiltərə) Samanta Leynin rəhbərliyi altında alimlər peyvənd zamanı bu cür yan təsirlərin nə qədər tez meydana gəldiyini təhlil ediblər. Həmçinin vaksinlərin qan dövranı sisteminin digər iltihabi xəstəliyi olan perikarditin yaranmasına nə qədər tez səbəb olduğunu da izləyiblər.

Leyn və həmkarları "Pfizer" və "Moderna" peyvəndlərindən istifadə edən İsrail, İngiltərə və dünyanın digər ölkələrindən miokardit və perikarditin inkişafı ilə bağlı bütün məlumatları toplayıb təhlil ediblər. Tədqiqatçılar bütün bu halları təhlil edərək bu yan təsirlərin inkişafının mümkün səbəblərini və nəticələrini araşdırıblar.

Ümumilikdə həkimlər "Pfizer" peyvəndindən sonra təxminən üç minə yaxın və "Moderna" vaksinindən sonra isə minə yaxın miokardit və perikardit hallarını qeydə alıblar. Bu cür reaksiyaya malik olan xəstələrin böyük əksəriyyəti, yəni təxminən 68-78%-i kişilər idi ki, onların da yarıdan çoxu 30 yaşa qədər olan insanlardır.

Alimlər ürək əzələsi və ona yaxın olan toxumaların iltihabının demək olar ki, həmişə ciddi nəticələrə səbəb olmadığını və xəstənin sağlamlığı üçün görünən nəticələr vermədən tez ötüb keçdiyini kəşf ediblər.

Onu da əlavə etmək lazımdır ki, qeyd olunan məqalə müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilməyib və elmi jurnalların redaktorları tərəfindən yoxlanılmayıb. Buna görə də ondan və buna bənzər məqalələrdən çıxarılan nəticələrə ehtiyatla yanaşmaq lazımdır.

Həmçinin oxuyun:

Vaksin qorxusu ilə necə mübarizə aparmalı? - Psixoloq məsləhəti

390
Teqlər:
vaksin, Pfizer
Koronavirusa qarşı AstraZeneca və  Moderna vaksinləri, arxiv şəkli

Rusiyada COVID-19 əleyhinə AstraZeneca peyvəndinin istehsalına başlanıb

9
(Yenilənib 21:15 17.09.2021)
"R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

BAKI, 17 sentyabr — Sputnik. Rusiyanın "R-Pharm" əczaçılıq şirkəti Oksford universiteti və AstraZeneca-nın lisenziyası əsasında koronavirusa qarşı peyvənd istehsalına başlayıb. Rusiyanın Sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov jurnalistlərə verdiyi açıqlamada peyvəndin ixrac məqsədi ilə istehsal olunduğunu, daxili bazarın isə Rusiya məhsulları ilə tam təmin edildiyini bildirib.

"Rusiyada artıq xarici peyvəndlər istehsal olunur, "R-Farm"da AstraZeneca ixrac müqavilələri əsasında istehsal olunur. Daxili bazara gəldikdə, biz öz məhsullarımızla tam təmin olunmuşuq. Hər şey mümkündür, xüsusən də gələcəkdə. Ancaq burada və indi tələsik tələbatın fonunda öz istehsal sahələrimizlə işləyirik", - deyə Osmakov bildirib.

"R-Farm"ın baş direktoru Vasili İqnatyev may ayında RİA Novosti-yə bildirib ki, şirkət iyun ayında Oksford universitetinin və AstraZeneca lisenziyası əsasında koronovirus əleyhinə ilk peyvənd partiyasını buraxmağı planlaşdırıb. O nun sözlərinə görə, "R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

Həmçinin oxuyun:

Özbəkistanda pomidordan koronavirusa qarşı peyvənd hazırlanır

9
Teqlər:
vaksin, AstraZeneca
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıda

7
(Yenilənib 12:19 18.09.2021)
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
1 / 2
© Sputnik / Murad Orujov
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Xatırladaq ki, avqustda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin sentyabrda Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçəcəkləri barədə məlumat yayılmışdı.

Rusiya Xəzər donanmasının komandanının müavini kontr-admiral Sergey Yakimovun sözlərinə görə, birgə təlimlərdə Rusiya HDD-nin, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcəklər: "Bir neçə gün ərzində biz burada, Xəzər dənizində birgə fəaliyyətləri məşq edəcəyik".

Eləcə də oxuyun:

7
Teqlər:
gəmi, Bakı, Rusiya, Xəzər dənizi
Mövzu:
Bakının son xəbərləri