Laboratoriya, arxiv şəkli

Osteoartritin müalicəsində yeni üsul tapıldı

19
(Yenilənib 21:56 26.08.2021)
Hazırda bu xəstəliklə mübarizə aparmağın yolu yalnız simptomların aradan qaldırılması və oynaq protezləridir. Bu səbəbdən də elm adamları xəstəliyə səbəb olan mexanizmləri müəyyən etməyə çalışırlar.

BAKI, 26 avqust — Sputnik. Hazırda bu xəstəliklə mübarizə aparmağın yolları simptomların aradan qaldırılması və oynaq protezləridir. Bu səbəbdən də elm adamları xəstəliyə səbəb olan mexanizmləri müəyyən etməyə çalışırlar.

Yaponiya və ABŞ alimləri miR-455 molekulunun osteartritlə nəticələnən qığırdaq toxumasının parçalanmasının qarşısını almağa qadir olduğunu üzə çıxarıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, "Nature Сommunications" jurnalında bu barədə məqalə dərc olunub. Məqaləyə görə, osteoartritin müalicəsində istifadə olunacaq yeni metodun əsasında məhz bu mikroRNT dayanır.

Qığırdaq toxumasının zədələnməsi nəticəsində yaş artdıqca yaranan oynaq xəstəliyi – osteoartritdən dünyada milyonlarla insan əziyyət çəkir. Hazırda bu xəstəliklə mübarizə aparmağın yolu yalnız simptomların aradan qaldırılması və oynaq protezləridir. Bu səbəbdən də elm adamları xəstəliyə səbəb olan mexanizmləri müəyyən etməyə çalışırlar.

Skripps İnstitutu və Tokio Tibb və Stomatologiya Universitetinin tədqiqatçıları qığırdaq istehsalı və parçalanması prosesini tənzimləyən yalnız bir mikroRNT-yə diqqət yetiriblər. Tədqiqatçılar insan qığırdaq nümunələrində miR-455 molekulunun səviyyəsini araşdıraraq osteoartritdən əziyyət çəkən şəxslərdə bu mikroRNT-nin səviyyəsinin xeyli dərəcədə aşağı olduğunu müəyyənləşdiriblər. Bu məqsədlə gəmiricilər üzərində təcrübə aparılıb və alimlər yekun qənaətə gəliblər ki, miR-455 molekulu osteoartritin müalicəsində yeni bir terapevtik vasitə ola bilər.

19
Moderna vaksini, arxiv şəkli

"Pfizer" "Moderna" peyvəndlərinin az rast gəlinən yan təsiri məlum olub

372
(Yenilənib 21:58 17.09.2021)
Bu peyvəndlərdən sonra yaranan miokardit adətən gənclərə təsir edir, ancaq ikinci dozadan sonra bu hal demək olarki, həmişə yoxa çıxır.

BAKI, 18 sentyabr — Sputnik. "Pfizer" və "Moderna" peyvəndlərindən sonra nadir rast gəlinən yan təsir olan miokarditin araşdırılması göstərib ki, bu hal çox vaxt 30 yaşına qədər insanlarda müşahidə olunur. Lakin peyvəndin ikinci dozasından sonra demək olar ki, həmişə tamamilə yoxa çıxır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "medRxiv"də dərc edilmiş tədqiqat nəticələrində deyilir.

"Pfizer""Moderna"nın yeni növ koronavirusa qarşı Ribonuklein əsaslı vaksini nadir hallarda ürək əzələsinin iltihabi xəstəliyi olan miokarditin yaranmasına səbəb olması faktı bu ilin yazında məlum olub. Xəstəliyin fəsadları ürək çatışmazlığına və ya qəfil ürək dayanmasına səbəb ola bilər.

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən (İngiltərə) Samanta Leynin rəhbərliyi altında alimlər peyvənd zamanı bu cür yan təsirlərin nə qədər tez meydana gəldiyini təhlil ediblər. Həmçinin vaksinlərin qan dövranı sisteminin digər iltihabi xəstəliyi olan perikarditin yaranmasına nə qədər tez səbəb olduğunu da izləyiblər.

Leyn və həmkarları "Pfizer" və "Moderna" peyvəndlərindən istifadə edən İsrail, İngiltərə və dünyanın digər ölkələrindən miokardit və perikarditin inkişafı ilə bağlı bütün məlumatları toplayıb təhlil ediblər. Tədqiqatçılar bütün bu halları təhlil edərək bu yan təsirlərin inkişafının mümkün səbəblərini və nəticələrini araşdırıblar.

Ümumilikdə həkimlər "Pfizer" peyvəndindən sonra təxminən üç minə yaxın və "Moderna" vaksinindən sonra isə minə yaxın miokardit və perikardit hallarını qeydə alıblar. Bu cür reaksiyaya malik olan xəstələrin böyük əksəriyyəti, yəni təxminən 68-78%-i kişilər idi ki, onların da yarıdan çoxu 30 yaşa qədər olan insanlardır.

Alimlər ürək əzələsi və ona yaxın olan toxumaların iltihabının demək olar ki, həmişə ciddi nəticələrə səbəb olmadığını və xəstənin sağlamlığı üçün görünən nəticələr vermədən tez ötüb keçdiyini kəşf ediblər.

Onu da əlavə etmək lazımdır ki, qeyd olunan məqalə müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilməyib və elmi jurnalların redaktorları tərəfindən yoxlanılmayıb. Buna görə də ondan və buna bənzər məqalələrdən çıxarılan nəticələrə ehtiyatla yanaşmaq lazımdır.

Həmçinin oxuyun:

Vaksin qorxusu ilə necə mübarizə aparmalı? - Psixoloq məsləhəti

372
Teqlər:
vaksin, Pfizer
Koronavirusa qarşı AstraZeneca və  Moderna vaksinləri, arxiv şəkli

Rusiyada COVID-19 əleyhinə AstraZeneca peyvəndinin istehsalına başlanıb

9
(Yenilənib 21:15 17.09.2021)
"R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

BAKI, 17 sentyabr — Sputnik. Rusiyanın "R-Pharm" əczaçılıq şirkəti Oksford universiteti və AstraZeneca-nın lisenziyası əsasında koronavirusa qarşı peyvənd istehsalına başlayıb. Rusiyanın Sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov jurnalistlərə verdiyi açıqlamada peyvəndin ixrac məqsədi ilə istehsal olunduğunu, daxili bazarın isə Rusiya məhsulları ilə tam təmin edildiyini bildirib.

"Rusiyada artıq xarici peyvəndlər istehsal olunur, "R-Farm"da AstraZeneca ixrac müqavilələri əsasında istehsal olunur. Daxili bazara gəldikdə, biz öz məhsullarımızla tam təmin olunmuşuq. Hər şey mümkündür, xüsusən də gələcəkdə. Ancaq burada və indi tələsik tələbatın fonunda öz istehsal sahələrimizlə işləyirik", - deyə Osmakov bildirib.

"R-Farm"ın baş direktoru Vasili İqnatyev may ayında RİA Novosti-yə bildirib ki, şirkət iyun ayında Oksford universitetinin və AstraZeneca lisenziyası əsasında koronovirus əleyhinə ilk peyvənd partiyasını buraxmağı planlaşdırıb. O nun sözlərinə görə, "R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

Həmçinin oxuyun:

Özbəkistanda pomidordan koronavirusa qarşı peyvənd hazırlanır

9
Teqlər:
vaksin, AstraZeneca
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıda

5
(Yenilənib 12:15 18.09.2021)
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, avqustda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin sentyabrda Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçəcəkləri barədə məlumat yayılmışdı.

Rusiya Xəzər donanmasının komandanının müavini kontr-admiral Sergey Yakimovun sözlərinə görə, birgə təlimlərdə Rusiya HDD-nin, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcəklər: "Bir neçə gün ərzində biz burada, Xəzər dənizində birgə fəaliyyətləri məşq edəcəyik".

Eləcə də oxuyun:

5
Teqlər:
gəmi, Bakı, Rusiya, Xəzər dənizi
Mövzu:
Bakının son xəbərləri