CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağırsaq xərçəngi riskini iki dəfə artıran içkilər hansılardır - onkoloqun rəyi

© pixabay / intheworld87Meyvə şirələri
Meyvə şirələri - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Abunə olmaq
Sonda mütəxəssis onu da bildirib ki, yüksək şəkər tərkibli kompot bağırsaqlar üçün təhlükəli hesab olunur.
BAKI, 23 avqust — Sputnik. Onkoloq Yelena Smirnova Vaşinqton Universitetində həkimlərin apardığı araşdırmaya istinadən, şirələrin, sodalı və enerji içkilərinin erkən qalın bağırsaq xərçəngi riskini iki qat artırdığını bildirib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
Həkimin sözlərinə görə, tədqiqatda 95 min qadın iştirak edib. Hər gün yarım litrdən çox şirin içki qəbul edən yetkinlərdə qalın bağırsaq xərçəngi iki dəfə çox olub.
Yeniyetmələrdə isə risk dərəcəsi üçdə bir artır və daha sonrakı yaşlarda şirələr və sodalı içkiləri istisna etsələr belə, azalmır.
"Dəqiq səbəblər hələ bəlli deyil, bəlkə də bütün məsələ bağırsaqdakı bakteriyaların təhlükəli ştammlarının sayının artması, piylənmə və bağırsaq divarında yerli iltihabın inkişafı ilə əlaqədardır", - deyə həkim qeyd edib.
Sonda mütəxəssis onu da bildirib ki, yüksək şəkər tərkibli kompotlar da bağırsaqlar üçün təhlükəli hesab olunur.
Həmçinin oxuyun:
Nazirlik enerji içkiləri ilə bağlı iş qaldırıb
Xəbər lenti
0