Pəhriz saxlayan qadın, arxiv şəkli

Həkim pəhriz saxlamadan arıqlamağın ən yaxşı yolunu açıqladı

26
(Yenilənib 10:18 10.08.2021)
Yürüş zamanı peşəkar idmanla məşğul olduqda belə ürəkdə artıq yük yaranmır. Əksinə, xəstəlikdən sağalmaq üçün çox faydalı bir üsuldur.

BAKI, 9 avqust — Sputnik. Gəzmək artıq çəkidən xilas olmağın ən yaxşı yoludur.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu diyetoloq Zuhra Pavlova bildirib.

Həkim yürüşün səmərəliliyinin maksimum dərəcədə artırılması üçün rahat ayaqqabının və su balansının vacibliyini vurğulayıb. O qeyd edib ki, yürüş zamanı peşəkar idmanla məşğul olduqda belə ürəkdə artıq yük yaranmır. Əksinə, xəstəlikdən sağalmaq üçün çox faydalı bir üsuldur.

"Gəzinti zamanı bədənin bütün əzələlərinin 90%-ni istifadə etmək olur. Mən, məsələn, mütləq əl məşqləri edirəm (şüurlu şəkildə səylə bükürəm və əyirəm), ayaq əzələlərinin müxtəlif hissələrini gərginləşdirirəm, qəsdən addım uzunluğunu artırır və ya azaldıram",- deyə Pavlova bildirib.

Diyetoloq deyir ki, optimal gediş sürəti dörd ilə beş km/saat arasında, amma idmançı olmayan insanlar üçün iki və ya üç km/saat arasındadır. Orta hesabla gündə ən az 10 kilometr gəzmək məsləhətdir.

26
Teqlər:
pəhriz, arıqlamaq, yürüş
Moderna vaksini, arxiv şəkli

"Pfizer" "Moderna" peyvəndlərinin az rast gəlinən yan təsiri məlum olub

268
(Yenilənib 21:58 17.09.2021)
Bu peyvəndlərdən sonra yaranan miokardit adətən gənclərə təsir edir, ancaq ikinci dozadan sonra bu hal demək olarki, həmişə yoxa çıxır.

BAKI, 18 sentyabr — Sputnik. "Pfizer" və "Moderna" peyvəndlərindən sonra nadir rast gəlinən yan təsir olan miokarditin araşdırılması göstərib ki, bu hal çox vaxt 30 yaşına qədər insanlarda müşahidə olunur. Lakin peyvəndin ikinci dozasından sonra demək olar ki, həmişə tamamilə yoxa çıxır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "medRxiv"də dərc edilmiş tədqiqat nəticələrində deyilir.

"Pfizer""Moderna"nın yeni növ koronavirusa qarşı Ribonuklein əsaslı vaksini nadir hallarda ürək əzələsinin iltihabi xəstəliyi olan miokarditin yaranmasına səbəb olması faktı bu ilin yazında məlum olub. Xəstəliyin fəsadları ürək çatışmazlığına və ya qəfil ürək dayanmasına səbəb ola bilər.

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən (İngiltərə) Samanta Leynin rəhbərliyi altında alimlər peyvənd zamanı bu cür yan təsirlərin nə qədər tez meydana gəldiyini təhlil ediblər. Həmçinin vaksinlərin qan dövranı sisteminin digər iltihabi xəstəliyi olan perikarditin yaranmasına nə qədər tez səbəb olduğunu da izləyiblər.

Leyn və həmkarları "Pfizer" və "Moderna" peyvəndlərindən istifadə edən İsrail, İngiltərə və dünyanın digər ölkələrindən miokardit və perikarditin inkişafı ilə bağlı bütün məlumatları toplayıb təhlil ediblər. Tədqiqatçılar bütün bu halları təhlil edərək bu yan təsirlərin inkişafının mümkün səbəblərini və nəticələrini araşdırıblar.

Ümumilikdə həkimlər "Pfizer" peyvəndindən sonra təxminən üç minə yaxın və "Moderna" vaksinindən sonra isə minə yaxın miokardit və perikardit hallarını qeydə alıblar. Bu cür reaksiyaya malik olan xəstələrin böyük əksəriyyəti, yəni təxminən 68-78%-i kişilər idi ki, onların da yarıdan çoxu 30 yaşa qədər olan insanlardır.

Alimlər ürək əzələsi və ona yaxın olan toxumaların iltihabının demək olar ki, həmişə ciddi nəticələrə səbəb olmadığını və xəstənin sağlamlığı üçün görünən nəticələr vermədən tez ötüb keçdiyini kəşf ediblər.

Onu da əlavə etmək lazımdır ki, qeyd olunan məqalə müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilməyib və elmi jurnalların redaktorları tərəfindən yoxlanılmayıb. Buna görə də ondan və buna bənzər məqalələrdən çıxarılan nəticələrə ehtiyatla yanaşmaq lazımdır.

Həmçinin oxuyun:

Vaksin qorxusu ilə necə mübarizə aparmalı? - Psixoloq məsləhəti

268
Teqlər:
vaksin, Pfizer
Koronavirusa qarşı AstraZeneca və  Moderna vaksinləri, arxiv şəkli

Rusiyada COVID-19 əleyhinə AstraZeneca peyvəndinin istehsalına başlanıb

9
(Yenilənib 21:15 17.09.2021)
"R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

BAKI, 17 sentyabr — Sputnik. Rusiyanın "R-Pharm" əczaçılıq şirkəti Oksford universiteti və AstraZeneca-nın lisenziyası əsasında koronavirusa qarşı peyvənd istehsalına başlayıb. Rusiyanın Sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov jurnalistlərə verdiyi açıqlamada peyvəndin ixrac məqsədi ilə istehsal olunduğunu, daxili bazarın isə Rusiya məhsulları ilə tam təmin edildiyini bildirib.

"Rusiyada artıq xarici peyvəndlər istehsal olunur, "R-Farm"da AstraZeneca ixrac müqavilələri əsasında istehsal olunur. Daxili bazara gəldikdə, biz öz məhsullarımızla tam təmin olunmuşuq. Hər şey mümkündür, xüsusən də gələcəkdə. Ancaq burada və indi tələsik tələbatın fonunda öz istehsal sahələrimizlə işləyirik", - deyə Osmakov bildirib.

"R-Farm"ın baş direktoru Vasili İqnatyev may ayında RİA Novosti-yə bildirib ki, şirkət iyun ayında Oksford universitetinin və AstraZeneca lisenziyası əsasında koronovirus əleyhinə ilk peyvənd partiyasını buraxmağı planlaşdırıb. O nun sözlərinə görə, "R-Farm" şirkətində istehsal olunacaq "R-Kovi" peyvəndinin hamısı, yəni ayda bir neçə yüz min ədəd vaksin ixrac ediləcək.

Həmçinin oxuyun:

Özbəkistanda pomidordan koronavirusa qarşı peyvənd hazırlanır

9
Teqlər:
vaksin, AstraZeneca
Пианист, фото из архива

Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr

0
Sputnik Azərbaycan nəinki Yerdə, eləcə də Kainatda səslənməyə layiq Azərbaycan xalq və bəstəkar musiqi əsərlərinin bəzilərini təqdim edir.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda Musiqi Günü sentyabrın 18-də, dahi bəstəkar, musiqişünas, pedaqoq, Azərbaycan peşəkar musiqisinin banisi, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir.

Hər il Azərbaycanda bu gün bir sıra tədbirlər keçirilir, konsertlər təşkil olunur. Üzeyir Hacıbəyli adına festival isə bu il sentyabrın 18-dən 24-dək davam edəcək. Onun ilk konsertlərinin bu gün Şuşada təşkil olunması gözlənilir.

Milli Musiqi Günü münasibətilə Sputnik Azərbaycan ölkənin tanınmış mədəniyyət xadimlərinə müraciət edərək özləri ilə kosmik uçuşa yollansalar, hansı Azərbaycan musiqi incilərini götürmək istədiklərini soruşub. Onların seçimini təqdim edirik.  

Xalq artisti, dirijor Rauf Abdullayev - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra.

İstedadlı tenor Azər Zadə - Tofiq Quliyevin "Azərbaycan"ı.

Əməkdar artist Fuad İbrahimov - Fikrət Əmirovun "Azərbaycan kapriççiosu".

Xalq artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar Bayramov - Azərbaycan muğamı, xüsusən "Bayatı-Şiraz".

Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov - "Sən gəlməz oldun" (musiqisi Ələkbər Tağıyev, sözləri Mədinə Gülgün)

 

Xalq artisti, pianoçu Murad Adıgözəlzadə - Fərhad Bədəlbəylinin "Dəniz"i.

Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov - Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları. 

Bu siyahıya Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Niyazi, Rauf Hacıyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Firəngiz Əlizadə və başqalarının əsərlərini də əlavə etmək olar.

Azərbaycan muğamı kosmosda

1977-ci il fevralın 27-də "Voyacer"in Qızıl diski" işıq üzü görüb. Kainatın sakinlərini planetimizin səsləri ilə tanış etmək məqsədilə NASA-nın sifarişi ilə tərtib olunmuş, "Yerin səsləri" adlı, səslərin, nitqin, musiqinin kompilyasiyası "Voyacer" kosmik gəmisinin göyərtəsində kosmosa göndərilib.

Bethovenin Beşinci simfoniyası və 13-cü simli kvarteti, Baxın "Brandenburq konserti" və "Yaxşı temperlənmiş klavir"i, Motsartın "Sehrli fleyta"sı və Stravinskinin "Müqəddəsin baharı", Lui Armstronqun ifasında "Melancholy Blues", kor blüzmen Blaynd Uilli Consonun ifasında "Dark Was the Night, Cold Was the Ground" diskdə yer alır.

Diskə eləcə də Azərbaycan muğamı, gürcü xoru, vulkanların püskürməsi, ildırım səsi, işıldaböcəklərin və yağışın səsi, ürək döyüntüsü, gülüş, it hürüşü, quşların nəğmələri də yazılıb.

 

0
Teqlər:
musiqi, Musiqi günü, video