Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB rəsmisindən tənqidi çıxış

© AP Photo / Francisco SecoМедицинские отходы, фото из архива
Медицинские отходы, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Yaqut Qarayeva bildirib ki, əgər Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda əvvəldən infeksiyaya nəzarət proqramları olsaydı, koronavirus bu qədər təsiredici olmayacaqdı.

BAKI, 30 iyul — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi xəstəxanaların fəaliyyətini tənqid edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva  bildirib ki, ölkəmizdə infeksiyaya nəzarət proqramlarının olmaması vəziyyəti çətinləşdirib: “Əgər Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda əvvəldən infeksiyaya nəzarət proqramları olsaydı, bəlkə də koronavirus bu qədər təsiredici olmayacaqdı. Çünki koronavirus hava-damcı yolu ilə yoluxan xəstəlikdir”.

Onun sözlərinə görə, öncədən hava-damcı yolu ilə keçən xəstəliklərdə izolyasiya qaydaları tətbiq edilsəydi, bəlkə də mövcud proqramda çox da dəyişiklik olmayacaqdı: “Pandemiya böyük təkan verdi ki, proqramda ciddi dəyişikliklər edilsin. Artıq xəstəxanalarda ən azından içəri daxil olan və ya çıxan xəstələrə qarşı ilkin izolyasiya tədbiri tətbiq edilir. Amma əvvəl bunu bu dərəcədə düşünmürdük. İndi bu məsələyə ciddi yanaşılır”deyə Y. Qarayeva bildirib.

Y. Qarayeva həmçinin bildirib ki, tibbi tullantıların ayrılması və daşınmasında ciddi problemlər var: "Tibbi tullantıların ayrılması adətən xəstəxana daxilində gedir. Məsuliyyətimiz xəstəxanada tibbi tullantıları düzgün ayırmaqdır. Bu sahədə müəyyən problemlər var".

Onun sözlərinə görə, xəstə ilə təmasda olan bütün tullantılar tibbi tullantılar sayılır: “Xəstəxanalarda kəsici-deşici alətlərin tullantıları risk daşıyır. Bu kimi tullantıların atılmasında deşilməyən plastik qablardan istifadə olunmalıdır. Ölkəmizdə tullantıların daşınmasında da ciddi problemlər var. Bu, xəstəxananın özünün daşıya biləcəyi yük deyil. Hər bir xəstəxananın özünün çıxardığı tullantıları utilaziya etməsi müəyyən problemlərə səbəb ola bilər”.

Həmçinin oxuyun:

* TƏBİB-dən vaksinlə bağlı daha bir məlumat

Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB

 

Xəbər lenti
0