Kök adam

Piylənmə ilə bağlı hepatitlərə daha çox rast gəlinir

22
(Yenilənib 01:10 29.07.2021)
Son dövrdə yağlanmaya bağlı hepatitin çox yayılmasının səbəbləri arasında piylənmə ilə yanaşı, həyat tərzinin, qidalanma tərzinin, qidaların tərkibinin, dərmanların və ekoloji dəyişikliyinin rolu var.

BAKI, 29 iyul — Sputnik. Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Hepatit necə müalicə olunur, hansı növləri qalıcı qaraciyər xəstəliyinə səbəb ola bilər, ümumiyyətlə, hepatit xəstəsinə necə diaqnoz qoyulur kimi bir sıra suallar var ki, belə xəstələri maraqlandırır. Ən çox verilən suallardan biri də hepatit və sarılıq xəstəliyinin eyni olub-olmamasıdır.

Səhiyyə Nazirliyinin mütəxəssisi Nuru Bayramov hepatitlə bağlı bu və digər sualları cavablandırıb.

Sputnik Azərbaycan Səhiyyə Nazirliyinə istinadən N.Bayramovun müsahibəsini təqdim edir:

- Hepatit nədir və necə baş verir?

- Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Hər hansı səbəbdən qaraciyər toxumasında zədələnmə meydana gəlir və buna cavab olaraq orqanizmdə iltihabi reaksiya başlayır. Bu iltihabi reaksiya zədələnməni aradan qaldırmağa çalışır, amma bununla yanaşı, qaraciyərin sağlam hissəsini də zədələyə bilir. Hepatitlər müxtəlif səbəblərdən törəyir. Bunlardan birincisi viruslardır, yəni virusların yaratdığı hepatitlərdir. Viral hepatitlərə A, B, C, Delta və son dövrlər rast gəlinən hepatit E, G-ni misal göstərmək olar.

İkinci yerdə alkoqol mənşəli hepatitlər dayanır. Alkoqol qaraciyəri ən çox zədələyən alimentar faktorlardan biridir. Üçüncü yerdə dərmanlar durur. Bir çox dərmanların istifadəsi ciddi dərman hepatitinə gətirib çıxara bilir. Qaraciyərə daxil olan və ya qaraciyərdən çıxan damarların tıxanması, autoimmun amillər, anadangəlmə və qazanılmış metabolik xəstəliklər o cümlədən, piylənmə və şəkərli diabet hepatitə səbəb ola bilir.

Bu səbəblər arasında ən çox rast gəlinən viral, alkoqol və son dövrlər daha çox qarşılaşdığımız piylənmədir.

- Hepatit xəstələri necə müalicə olunur?

- Müalicədə əsas yeri iki qrup tədbir tutur. Birinci qrupa səbəbin aradan qaldırılmasına yönəlmiş tədbirlər aiddir. İkinci qrup tədbirlərə isə orqanizmdə baş verən dəyişikliklərin aradan qaldırılmasına yönələn dəstək tədbirlər aid edilir. Hepatitin ağırlıq dərəcəsinə uyğun olaraq bu tədbirlərin biri və ya hər ikisi seçilə bilər.

- Hepatitin hansı növləri qalıcı qaraciyər xəstəliyinə səbəb ola bilər?

- Hepatiti törədən səbəblər aradan qalxarsa, xəstə sağalır, aradan qalxmazsa, qalıcı qaraciyər xəstəliyinə səbəb olur. Hepatitin təbii gedişi səbəbin aradan qalxıb-qalxmamasından asılı olaraq dəyişir. Hepatitin ilk mərhələsi kəskin mərhələdir. Əgər bu mərhələdə səbəb aradan qaldırılarsa, kəskin hepatit iz qoymadan sağalır. Əgər bu mərhələdə səbəb aradan qaldırılmazsa, xəstəlik davam edir və xroniki mərhələ baş verir. Xroniki mərhələnin özəlliyi ondan ibarətdir ki, həm səbəb davam edir, həm zədələnmə baş verir, həm də fibriotik (sərt) toxuma əmələ gəlir. Bu mərhələdə səbəb aradan qalxarsa, vəziyyət stabil qalır və ya qaraciyər düzələ bilir. Əgər səbəb aradan qaldırılmazsa, xroniki xəstəlik davam edir, proqressivləşir və sirroz adlanan mərhələ baş verir. Sirrozda həm zədələnmə, həm fibroz, həm də düyünləşmə var. Sirroz mərhələsində də səbəb aradan qaldırılarsa, proses stabilləşir, hətta yaxşılaşma baş verir. Lakin səbəb aradan qaldırılmazsa, proqressivləşmə davam edir, varikoz, qanaxma, assit, qaraciyər yetməzliyi kimi ağırlaşmalar və qaraciyər xərçəngi meydana çıxa bilir.

- Hepatitə görə necə diaqnoz qoyulur?

- Hepatitin diaqnostikasında adətən 3 suala cavab axtarırıq: hepatit varmı, səbəbi nədir və ağırlıq dərəcəsi hansıdır?

Hepatitin olub-olmadığı qan analizi ilə müəyyən edilir. Qaraciyərin funksional testləri adlanan göstəricilərdə dəyişikliklər varsa (ALT, AST, bilirubin, QF, QQT), hepatiti göstərir. Səbəbi müəyyənləşdirmək üçün anamnez, virus testləri, metabolik, autoimmun testlər və görüntüləmə müayinələri aparılır. Ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün isə klinik əlamətlər və spesifik qan testləri nəzərə alınır.

- Hepatit və sarılıq eyni xəstəlikdirmi?

- Xeyr, eyni deyil. Hepatit xəstəlikdir, sarılıq isə xəstəliyin əlamətidir. Sarılıq dərinin və ya gözün ağlı qişasının saralmasıdır və qanda bilirubinin artması ilə müşayiət olunur. Sarılıq hepatitlərdən başqa bir çox xəstəliklərdə, o cümlədən qan xəstəliklərində və öd yollarının tıxanmalarında da müşahidə edilə bilir.

- Hepatitlər yoluxucudurmu?

- Viral hepatitlər yoluxucudur, digər hepatitlər yoluxdurucu deyil. Hepatit virusları xarici təmas və qan vasitəsi ilə keçə bilər. Məsələn A və E viruslar xarici təmas yolu ilə, B, C və D isə qan vasitəsi ilə keçə bilir.

- Daşıyıcılar üçün risk varmı?

- Daşıyıcı anlayışı köhnə ifadədir və əvvəllər hepatit B-nin inaktiv formasına deyilirdi. Hazırda buna HBeAg-neqativ xroniki infeksiya deyilir. Bu formanın xüsusiyyəti ondan ibarətdir ki, vücudda hepatit B virusu var, lakin virusun miqdarında artma, qaraciyərdə zədələnmə və iltihab yoxdur. Orqanizm virusu öldürə bilmir, lakin çoxalmasının qarşısını alır. Beləliklə, virus və orqanizm bir-birlərinə zərər vermədən birlikdə səssizcə yaşayırlar. Əksər xəstələrdə bu "birgə yaşayış" ömür boyu davam edir. Lakin bəzi hallarda, xüsusən də orqanizmin immun sistemi zəiflədikdə bu "səssizlik" pozula bilir, virus çoxalır və qaraciyəri zədələməyə başlayır, aktiv hepatit meydana gəlir. Bu səbəbdən qaraciyər funksiyaları mütəmadi olaraq yoxlanılmalı və virusun aktivliyi araşdırılmalıdır.

- Daşıyıcılar yoluxucudurmu?

- Bəli, yoluxucudur. Yaxın qohum və qanla təmasda olan insanlar bu xəstəlikdən qorunmaqda hepatit xəstələri ilə eyni yanaşmaya riayət etməlidirlər. Sevindirici haldır ki, Hepatit B-nin vaksini var və çox yüksək (90 faizdən çox) qoruyuculuğa malikdir.

Qeyd edim ki, son 20 ilə qədərki dövrədək hepatologiyada ön plana viral hepatitlər çıxmışdırsa, hazırda yağlanma ilə bağlı hepatitlərə daha çox rast gəlinir. Piylənmə və artıq çəki hazırda epidemiya halını alıb və inkişaf etmiş ölkələrin əhalisinin təxminən 30 faizində artıq çəki və piylənmə rastlanır. Piylənməsi olanların 60-70 faizində qaraciyər yağlanması, 30 faizində isə yağlanmaya bağlı hepatit rastlanır. Yağlanmaya bağlı hepatitlər də öz növbəsində xronikləşir. Öncə fibroza, daha sonra sirroza və nəhayət, qaraciyərin xərçənginə gətirib çıxara bilir.

Son dövrdə yağlanmaya bağlı hepatitin çox yayılmasının səbəbləri arasında piylənmə ilə yanaşı həyat tərzinin, qidalanma tərzinin, qidaların tərkibinin, dərmanların və ekoloji dəyişikliyinin rolu var. Bu səbəbdən piylənmə xəstəliyini müalicə etmək və artıq çəkini aradan qaldırmaq çox önəmlidir. Bunun üçün əlimizdə ən faydalı 3 əsas vasitə var. Birincisi fiziki aktivlik, ikincisi, düzgün qidalanma ("az yeyib çox gəzmək" qaydası), sonuncu isə bariatrik cərrahiyyədir. Bəzən önəmsəmədiyimiz artıq çəki həyatımıza son qoya bilər. Hər kəsə orqanizminə yaxşı davranmağı tövsiyə edirəm.

Eləcə də oxuyun:

22
Teqlər:
qaraciyər, Hepatit, virus, piylənmə
Laborant koronavirus testlərinin nümunələri üzərində işləyir, arxiv şəkli

Azərbaycanda COVID-19: son sutkada yoluxan vəfat edənlərin sayı artıb

7049
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7925249, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4605958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3319291 təşkil edir.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 2042 yeni yoluxma faktı qeydə alınıb, 3224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 470985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430717 nəfər müalicə olunaraq sağalıb, 6280 nəfər vəfat edib, aktiv xəstə sayı 33988 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15666, ötən müddət ərzində isə ümumilikdə 4731381 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 61657 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44431 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7925249, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4605958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3319291 təşkil edir.

17 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 468 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 427 493 nəfər müalicə olunaraq sağalıb, 6 251 nəfər vəfat edib, aktiv xəstə sayı 35 199 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 781, ötən müddət ərzində isə ümumilikdə 4 715 715 test aparılıb.

Son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 437 nəfərdir. Vaksinlərin ümumi sayı 7 863 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 588 732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 274 860 təşkil edir.

16 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat edib, aktiv xəstə sayı 37 241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 852, ötən müddət ərzində isə ümumilikdə 4 702 934 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60384 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41073 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7806235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4570812, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3235423 təşkil edir.

15 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 025 nəfər müalicə olunaraq sağalıb, 6 195 nəfər vəfat edib, aktiv xəstə sayı 39 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 972, ötən müddət ərzində isə ümumilikdə 4 690 082 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65424 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44061 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7745851, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4551501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3194350 təşkil edir.

14 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6167 nəfər vəfat edib, aktiv xəstə sayı 40 965 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, ötən müddət ərzində isə ümumilikdə 4 675 110 test aparılıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22023, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47198 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7680427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4530138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3150289 təşkil edir.

13 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1157 yeni yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 461249 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 412469 nəfər müalicə olunaraq sağalıb, 6134 nəfər vəfat edib, aktiv xəstə sayı 42646 nəfərdir. Ölkədə son sutka ərzində 8123 hazırkı dövrədək isə 4661119 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 266 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 077, ikinci mərhələ üzrə 189 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə isə 3 103 091 nəfər təşkil edir.

12 sentyabr 2021-ci il tarixə olan statistika

Son sutkada Azərbaycandakoronavirusa 2 676 yeni yoluxma qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 460 092 nəfərin koronavirusa yoluxması müəyyən olunub, 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 44 585 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.

Son sutkada ölkədə koronavirus əleyhinə 52 386 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə isə 3 102 902 nəfər təşkil edir.

11 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2372 yeni yoluxma faktı qeydə alınıb, 4211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405511 nəfər müalicə olunaraq sağalıb, 6065 nəfər vəfat edib, aktiv xəstə sayı 45840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16215, ötən müddət ərzində isə ümumilikdə 4639460 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64520 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7557554, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4488930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3068624 təşkil edir.

10 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 508 yeni yoluxma faktı qeydə alınıb, 4 076 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 455 044 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 401 300 nəfər müalicə olunaraq sağalıb, 6 031 nəfər vəfat edib, aktiv xəstə sayı 47 713 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 672, ötən müddət ərzində isə ümumilikdə 4 623 245 test aparılıb.

Son sutka ərzində koronavirus (COVID-19) əleyhinə 62584 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39424 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7493034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4465644, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3027390 təşkil edir.

9 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 254 yeni yoluxma faktı qeydə alınıb, 3 655 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 452 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 224 nəfər müalicə olunaraq sağalıb, 5 994 nəfər vəfat edib, aktiv xəstə sayı 49318 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 753, ötən müddət ərzində isə ümumilikdə 4 608 573 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59268 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24270, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34998 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7430450, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4442484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2987966 təşkil edir.

8 sentyabr 2021-ci il tarixə olan statistika

Son sutka ərzində Azərbaycanda 2557 nəfər COVID-19-a yoluxub, 39 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Koronavirus (COVID-19) infeksiyasından 3592 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 450 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5959 nəfər vəfat edib, aktiv xəstə sayı 50 754 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, ötən müddət ərzində isə ümumilikdə 4 593 820 test aparılıb.

Son sutkada ölkədə koronavirus (COVID-19) əleyhinə 64033 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37483 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7371182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4418214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2952968 təşkil edir.

7 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2447 yeni yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389977 nəfər müalicə olunaraq sağalıb, 5920 nəfər vəfat edib, aktiv xəstə sayı 51828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15530, ötən müddət ərzində isə ümumilikdə 4578600 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 70768 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31927, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38841 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7307149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4391664, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2915485 təşkil edir.

6 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 406 yeni yoluxma faktı qeydə alınıb, 2 867 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

Onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5 879 nəfər vəfat edib, aktiv xəstə sayı 52 850 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 550, ötən müddət ərzində isə ümumilikdə 4 563 070 test aparılıb.

Son sutkada ölkədə koronavirus (COVID-19) əleyhinə 1 107 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfərdir. Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 236 381, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 359 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 644 təşkil edir.

5 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 310 yeni yoluxma faktı qeydə alınıb, 2 972 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 442 872 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 383 682 nəfər müalicə olunaraq sağalıb, 5 842 nəfər vəfat edib, aktiv xəstə sayı 53 348 nəfərdir.

Ölkədə son sutka ərzində 15 614 , hazırkı dövrədək isə 4 551 520 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 977 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 235 274, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 358 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 480 təşkil edir.

4 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 305 yeni yoluxma faktı qeydə alınıb, 3 423 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 439 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5 800 nəfər vəfat edib, aktiv xəstə sayı 53 052 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 78 604 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 000 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 174 292, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 329 571, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 844 726 təşkil edir.

3 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3762 yeni yoluxma faktı qeydə alınıb, 3812 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 436 257 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 377 287 nəfər müalicə olunaraq sağalıb, 5760 nəfər vəfat edib. 53 210 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19017, bu günə qədər isə ümumilikdə 4 517 734 test icra olunub.

2 sentyabr 2021-ci il tarixə olan statistika

Son sutka ərzində Azərbaycanda 3759 nəfər COVID-19-a yoluxub, 45 nəfər vəfat edib. Analiz nümunələri müsbət çıxan 3473 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 327 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 7 009 933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 239 851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2 770 082 təşkil edir.

1 sentyabr 2021-ci il tarixə olan statistika 

Son sutka ərzində Azərbaycanda 3876 nəfər COVID-19-dan sağalıb, 3845 nəfər yoluxub, 41 nəfər isə dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, İndiyədək ölkədə ümumilikdə 428 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 002 nəfər müalicə olunaraq sağalıb, 5 677 nəfər vəfat edib, aktiv xəstə sayı 53057 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 102, ötən müddət ərzində isə ümumilikdə 4 481 039 test aparılıb.

Son sutkada ölkədə koronavirus (COVID-19) əleyhinə 105 699 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 731 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 911 439, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 179 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 731 755 təşkil edir.

7049
Teqlər:
COVID-19, Koronavirus
Hamilə qadın, arxiv şəkli

"Delta" ştammı hamilələrdə ölüm riskini artırır - etməli? Həkimlər tövsiyə verirlər

725
(Yenilənib 14:46 18.09.2021)
Hamilələrin bu xəstəliyi ağır keçirmə riski hamilə olmayanlarla müqayisədə daha yüksəkdir. Xüsusən də yüksək təzyiqdən əziyyət çəkən qadınlar arasında ölüm riski çoxdur.

BAKI, 18 sentyabr — Sputnik. COVID-19 virusunun "Delta" ştammı hamilələr arasında ölüm riskini artırır. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu ştamma yoluxan hamilələr xəstəliyi daha ağır keçirirlər. Elm adamları isə vaksin olunmayan hamilələr arasında ölüm riskinin 4-5 qat yüksək olduğunu vurğulayır və vaxt itirmədəm hamilə, südverən qadınların da vaksin olunmasını tövsiyə edirlər.

Türkiyəli həkimlər də son zamanlar ölkələrində hamilələr arasında virusa yoluxma və ölüm rəqəmlərinin artdığını bildiriblər: "Hamilələrin bu xəstəliyi ağır keçirmə riski hamilə olmayanlarla müqayisədə daha yüksəkdir. Xüsusən də yüksək təzyiqdən əziyyət çəkən qadınlar arasında ölüm riski çoxdur".

Həkimlər hamiləliyin son aylarından daha tez vaksin olunmağı tövsiyə edirlər. Onlar xüsusən də hamiləliyin 6-cı ayında risklərin altdığını vurğulayıblar. Həkimlər bildirirlər ki, peyvənd olunmadan COVID-19-a yoluxan hamilələrin övladlarında ciddi tənəffüs problemləri müşahidə edilir: "Bu virus dölə həddindən artıq təsir etdiyindən hamiləlik dövründə peyvəndlənmək vacibdir. Belə şəxslər hamiləliyin 3 ayından sonra vaksin oluna bilərlər".

Onlar qeyd edirlər ki, belə olan halda dünyaya gələn körpədə də virus əleyhinə anticisimlər formalaşır.

Ankara Sağlamlıq İdarəsinin məlumatına görə, COVID-19-dan dünyasını dəyişən hamilələrin hamısı vaksinsiz olanlardır.

Eləcə də oxuyun:

725
Teqlər:
hamilə, 'Delta' ştammı, epidemiya, COVID-19, Koronavirus, ölüm, risk, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Koronavirus testi, arxiv şəkli

Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir