Bakıda klinikaların birində koronavirus testi

Azərbaycanda koronavirusun "Delta" ştammı aşkarlandı

4158
(Yenilənib 19:03 13.07.2021)
Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur.

BAKI, 13 iyul - Sputnik. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan açıqlamada deyilir:

"Bir ildən uzun müddətdir davam edən SARS-CoV-2 pandemiyası bütün dünyada mühüm səhiyyə problemi olmaqla birlikdə sosial və iqtisadi cəhətdən də ciddi çətinliklər yaratmaqdadır. SARS-CoV-2 infeksiyasına qarşı aparılan tədbirlər, peyvəndlənmənin təşkili və effektivliyinin öyrənilməsi baxımından ölkəmiz dünyada ön sıralardadır. Koronavirusların mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni variantlar bütün dünyada ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.

Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərmişdir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu gün ölkəmizdəki sabit epidemioloji vəziyyəti aparılan vaksinasiyaya borcluyuq. Bir daha bütün vətəndaşlarımızı vaxt itirmədən vaksinasiya olunmağa çağırırıq.

Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur.

Pandemiyanın sonunu görmək və gələcəyə sağlam addımlamaq üçün mütləq peyvənd olunaq!"

Həmçinin oxuyun: 

* Alim "Delta" ştammının əsas fərqini açıqladı

"Delta" ştammı Azərbaycana da gələcək - ÜST nümayəndəsi qorxunc virus barədə

"Delta" ştammına yoluxarkən nə etməli: ÜST təcili istifadə üçün preparatlar tövsiyə etdi

Səhiyyə Nazirliyi xaricə gedənlərə müraciət etdi - "Delta-ştammı" ilə bağlı

4158
Koronavirus testləri, arxiv şəkli

Koronavirusa yoluxma ilə bağlı son durum: Yoluxma artıb, ölənlər var

1621
(Yenilənib 17:32 01.08.2021)
İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib. 6 365 nəfər aktiv xəstə sayını təşkil edib.

BAKI, 1 avqust - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib. 6 365 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, bu günə qədər isə ümumilikdə 4 043 740 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 416 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 070 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 040 778, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 923 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 301 təşkil edir.

Həmçinin oxuyun: 

* Azərbaycanda daha 633 nəfər koronavirusa yoluxub

Koronavirusla bağlı şok iddia: Bu virus 2013-cü ildən mövcuddur

1621
Laboratoriya işçiləri, arxiv şəkli

Koronavirusla bağlı şok iddia: Bu virus 2013-cü ildən mövcuddur

671
(Yenilənib 12:08 01.08.2021)
İsveçrəli alim deyib ki, virusla bağlı nəşrlər, dissertasiyalar Uhan laboratoriyalarında çalışan insanlar tərəfindən hazırlansa da, sonradan yoxa çıxıb.

BAKI, 1 avqust - Sputnik. Cenevrə Tibb Universitetinin yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti şöbəsinin müdiri Didye Pitte SARS-CoV-2 virusunun 2013-cü ildən mövcud ola biləcəyi ehtimalını irəli sürüb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Didye Pittenin sözlərinə görə, 2013-cü ildə Çinin Ubey vilayətinin Uhan şəhərindən təxminən 1100 kilometr aralıda speleoloqlar tərəfindən araşdırılan mağaralarda “COVID -96” virusuna çox oxşar yoluxucu virus aşkarlanıb.

Lakin mağarada çalışan insanların bu virusa yoluxub-yoluxmadığı məlum deyil.

"Qaranlıq qalan məsələ sözügedən virusun Uhan laboratoriyalarından biri tərəfindən aşkarlanıb-aşkarlanmamasıdır. Lakin bu, koronavirusun laboratoriyada yaradıldığı anlamına gəlmir", - deyə isveçrəli mütəxəssis bildirib. 

Bütün bunlara baxmayaraq D.Pitte hesab edir ki, Çin oxşar bir virusun hələ 2013-cü ildə aşkar edildiyini gizlətməyə çalışıb.

"Sözügedən virusla bağlı nəşrlər, dissertasiyalar bu laboratoriyalarda çalışan insanlar tərəfindən hazırlanıb. Ancaq həmin dissertasiyalar sonradan yoxa çıxıb. Bu məqam bir az narahatlıq doğurur”, - Pitte deyib .

Alimin sözlərinə görə, hələ 2019-cu ildə Çində keçirilən hərbi Olimpiya Oyunlarına qatılan idmançılar arasında koronavirusa bənzər bir xəstəliyin yayılması əlamətləri var idi.

Koronavirusun yayılmasının əsas səbəbkarı kimdir? 

 

Koronavirus yayılmağa başlayandan Böyük Britaniyanın The Lancet tibbi jurnalının patogenin insandan insana keçməsini təsdiqləyən elmi işlərə eksklüziv çıxışı olub, lakin bunu gizlədib. Bu barədə Daily Mail nəşri Wellcome Trust-ın direktoru, tibbi tədqiqatçı Ceremi Farraranın kitabına istinadən yazıb.

Farraranın fikrincə, pandemiya başlayanda The Lancet-ə məlum olan informasiya yoluxmanın artımının qarşısını ala və milyonlarla insanın həyatını xilas edə bilərdi. Lakin jurnalın redaktorları "hər saniyənin böyük mənası olan vaxtda" çinli səhiyyə işçilərin ilk tədqiqatlarını dərc etməyiblər və aparıcı epidemioloqların məsləhətlərinə qulaq asmayıblar.

Ferrara deyir ki, virusun simptomsuz daşıyıcılar vasitəsilə yayıla biləcəyinə dair sübutlar da jurnal tərəfindən çap edilməyib: "Dünya dərhal bu barədə bilməli idi. Xəstəliyin yayılması zamanı sürət bəlkə də ən vacib şeydir".

Tədqiqatçı qeyd edir ki, Çində yeni virus təhlükəsi barədə artıq 2019-cu ilin sonunda Uhan şəhərində ilk yoluxma halları qeydə alınanda danışmağa başlayıblar: "Belə görünür ki, The Lancet bu məlumatı yaymaq istəməyən ÇXR rəsmilərinin təzyiqi altında olub".

Koronavirus bəlası

Xatırladaq ki, hazırda, demək olar ki, bütüm dünyanı cənginə alan koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

671
 Eldəniz Səlimov

Bu gün Milli Məclis Eldəniz Səlimovun işinə baxacaq

5
(Yenilənib 10:32 02.08.2021)
Milli Məclis sədri Sahibə Qafarova 53 deputatının tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

BAKI, 2 avqust — Sputnik. Milli Məclisin İntizam Komissiyasının bu gün keçiriləcək iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsinə baxılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisdən məlumat verilib. Məlumata görə, bu barədə Milli Məclisə təqdimat baş prokuror Kamran Əliyev tərəfindən daxil olub.

Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib. Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Milli Məclis sədri Sahibə Qafarova 53 deputatının tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Qeyd edək ki, hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Eləcə də oxuyun:

5
Teqlər:
deputat, Milli Məclis, komissiya, iclas, toxunulmazlıq