Koronavirusa qarşı peyvənd Pfizer-BioNTech, arxiv şəkli

"Pfizer" peyvəndinin effektivliyi xeyli aşağı düşdü

335
(Yenilənib 13:05 08.07.2021)
İsrail hökuməti sözügedən preparatın təsirinin azalmasının ölkədə yayılmağa başlayan koronavirusun "Delta" ştammı ilə əlaqədar ola biləcəyini istisna etməyib.

BAKI, 8 iyul — Sputnik. Azərbaycanda peyvənd olunanların üstünlük verdiyi "BioNTech/Pfizer" vaksininin koronavirusdan müdafiə etmə qabiliyyəti aşağı düşüb. Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, bu, İsraildə aparılmış araşdırma nəticəsində ortaya çıxıb.

İsrail Səhiyyə Nazirliyindən bildirilib ki, 6 iyun tarixindən etibarən sözügedən peyvənd preparatının koronavirusun yayılması və simptomatik halların qarşısının alınmasındakı effektivliyi 64 faizə qədər geriləyib. Bununla belə, preparatın xəstəxanaya yerləşdirilmə və xəstəliyin çox ağır formada keçməsinin qarşısının alınmasındakı təsiri hələ də 93 faiz olaraq göstərilir.

İsrail hökuməti sözügedən preparatın effektivliyinin azalmasının ölkədə yayılmağa başlayan koronavirusun "Delta" ştammı ilə əlaqədar ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, 9,3 milyon əhalisi olan İsraildə vətəndaşların 60 faizi ən az bir doza "BioNTech/Pfizer" preparatı ilə vaksinasiya olunub.

Xatırladaq ki, may ayında "The Lancet" jurnalında dərc olunmuş məqaləyə görə, "BioNTech/Pfizer"-in 2-ci dozadan sonra koronavirusun yayılması, simptomatik və ağırlaşma hallarının qarşısının alınmasında 97 fazi effektli olduğu bildirilmişdi.

 

335
Koronavirusa qarşı peyvənd vurulmasında dair sertifikat, arxiv şəkli

Azərbaycanda "Əks-göstəriş sertifikat"ı veriləcək

3
(Yenilənib 10:42 02.08.2021)
Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır.

 

BAKI, 2 avqust — Sputnik. "Azərbaycan Respublikasında "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Avqust ayının 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə "Əks-göstəriş sertifikat"ının verilməsinə başlanılır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında belə deyilir.

Məlumatda qeyd olunur ki, "Əks-göstəriş sertifikat"ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa "Əks-göstəriş sertifikat"ı veriləcək.

"Əks-göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır", - deəy məlumatda qeyd olunur.

Eləcə də oxuyun:

3
Teqlər:
vaksin, vaksinasiya, COVID-19 pasportu, sertifikat
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Koronavirus testləri, arxiv şəkli

Koronavirusa yoluxma ilə bağlı son durum: Yoluxma artıb, ölənlər var

1639
(Yenilənib 17:32 01.08.2021)
İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib. 6 365 nəfər aktiv xəstə sayını təşkil edib.

BAKI, 1 avqust - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib. 6 365 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, bu günə qədər isə ümumilikdə 4 043 740 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 416 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 070 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 040 778, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 923 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 301 təşkil edir.

Həmçinin oxuyun: 

* Azərbaycanda daha 633 nəfər koronavirusa yoluxub

Koronavirusla bağlı şok iddia: Bu virus 2013-cü ildən mövcuddur

1639