CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Operativ Qərargah COVID-lə bağlı Azərbaycanda son durumu açıqladı

© AFP 2023 / INA FASSBENDERЭкспресс-тест на Covid-19, фото из ахрива
Экспресс-тест на Covid-19, фото из ахрива - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Nazirlər Kabineti yanında Operativ Qərargah son sutka ərzində yeni tip koronavirusa yoluxma, eləcə də ölüm halı və vaksin olunanların sayını açıqlayıb.

BAKI, 27 iyun - Sputnik. Azərbaycan Respublikasında son sutka ərzində  koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335 836  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib, aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 6 213, hazırkı dövrədək isə 3 7784 28 712 test aparılıb.

Vaksin olunanların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 695 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 574, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 121 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 348 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 138 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 209 743 təşkil edir.

Eləcə də oxuyun:

Xəbər lenti
0