Diş həkimi, arxiv şəkli

Stomatoloji yardım İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil ediləcək?

32
(Yenilənib 11:07 27.06.2021)
Hazırda əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər. İTSDA stomatoloji yardımın Xidmətlər Zərfinə daxil edilməsi ilə əhalinin hansı stomatoloji xidməti ala biləcəyini açıqlayıb.

BAKI, 27 iyun - Sputnik. "Stomatoloji yardım, məsələn, dişin çəkilməsi kimi xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi ilə bağlı müzakirələr aparılır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası" mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, növbəti il bu tibbi xidmətlər Xidmətlər Zərfinə daxil edilə bilər.

İcbari tibbi sığortanın tətbiqi

Bu il aprelin 1-dən etibarən icbari tibbi sığorta ölkə üzrə tam tətbiq olunmağa başlayıb. Həmin tarixdən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək imkanı əldə edib.

Əlavə olaraq bildirək ki, təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidirlər. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsi aiddir. Burada vətəndaşlar ərizə dolduraraq ailə həkimini seçməlidir. Ailə həkimini seçərək vətəndaş tibb müəssisəsinə təhkim olunur. Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlana bilir.

Eləcə də oxuyun:

  • Şəhid ailələrinə, müharibədə xəsarət alanlara, əlillərə bu xidmətlər göstəriləcək
  • Bu özəl xəstəxanalarda da icbari tibbi sığortadan istifadə mümkün olacaq

  • COVID-19-u gizli keçirənlər immunitet sertifikatı ala bilərlərmi? Əlac ancaq...

32
Teqlər:
xidmət, icbari tibbi sığorta, stomatoloq
Медицинский персонал возле военного самолета в аэропорту Анкары, который прилетел из Ухани, 1 февраля 2020

Koronavirusun yayılmasının əsas səbəbkarı tapıldı

1176
(Yenilənib 12:29 25.07.2021)
Böyük Britaniyanın The Lancet jurnalı məlumatları gizlətməklə COVID-19 pandemiyasının yayılmasına səbəb olub.

BAKI, 25 iyul — Sputnik. Koronavirus yayılmağa başlayandan Böyük Britaniyanın The Lancet tibbi jurnalının patogenin insandan insana keçməsini təsdiqləyən elmi işlərə eksklüziv çıxışı olub, lakin bunu gizlədib. Bu barədə Daily Mail nəşri Wellcome Trust-ın direktoru, tibbi tədqiqatçı Ceremi Farraranın kitabına istinadən yazıb.

Farraranın fikrincə, pandemiya başlayanda The Lancet-ə məlum olan informasiya yoluxmanın artımının qarşısını ala və milyonlarla insanın həyatını xilas edə bilərdi. Lakin jurnalın redaktorları "hər saniyənin böyük mənası olan vaxtda" çinli səhiyyə işçilərin ilk tədqiqatlarını dərc etməyiblər və aparıcı epidemioloqların məsləhətlərinə qulaq asmayıblar.

Ferrara deyir ki, virusun simptomsuz daşıyıcılar vasitəsilə yayıla biləcəyinə dair sübutlar da jurnal tərəfindən çap edilməyib: "Dünya dərhal bu barədə bilməli idi. Xəstəliyin yayılması zamanı sürət bəlkə də ən vacib şeydir".

Tədqiqatçı qeyd edir ki, Çində yeni virus təhlükəsi barədə artıq 2019-cu ilin sonunda Uhan şəhərində ilk yoluxma halları qeydə alınanda danışmağa başlayıblar: "Belə görünür ki, The Lancet bu məlumatı yaymaq istəməyən ÇXR rəsmilərinin təzyiqi altında olub".

Koronavirus bəlası

Xatırladaq ki, hazırda, demək olar ki, bütüm dünyanı cənginə alan koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Həmçinin oxuyun:

 

1176
Əlində metamfetaminlə dolu paket olan hüquq-mühafizə orqanlarının əməkdaşı, arxiv şəkli

Psixiatr - ""Patı" istifadəçilərinin evdə müalicəsi çətindir"

1476
(Yenilənib 02:09 25.07.2021)
Psixiatr Orxan Fərəcli "patı" qəbulu səbəbindən yaranan psixozların şizofreniyadan fərqlənmədiyini söyləyir.

BAKI, 25 iyul — Sputnik. Azərbaycanda "patı" adlandırılan metamfetaminin qəbulu bölgələrdə geniş vüsət alıb. Bu barədə psixiatr Orxan Fərəcli Sputnik Azərbaycan-a açıqlamasında məlumat verib. O bildirib ki, bölgələrdə xüsusilə gənclərin bu sintetik narkotik vasitə barədə məlumatsızlığı onları "patı"nın qurbanına çevirir.

O.Fərəcli deyir ki, metamfetamin sintetik narkotik vasitə olduğundan ondan istifadə edənlərdə psixi asılılığın yaranmasına səbəb olur:

"Metamfetaminin istifadəsi psixi asılılıq yaratdığından, xəstənin psixiatr tərəfindən müalicəsinə ciddi ehtiyac yaranır. Amma çox təəssüf ki, biz belə xəstələri ev şəraitində müalicə edə bilmirik. Onlar bu bəladan xilas olmaq üçün mütləq şəkildə psixiatra müraciət etməlidirilər. Təəssüf ki, bu bəlaya düçar olan, "patı"dan psixoloji asılı olanlar çox vaxt psixiatra müraciət etməkdən, xəstəxanada müalicə kursu keçməkdən imtina edirlər".

O.Fərəclinin sözlərinə görə, "patı" qəbulu səbəbindən yaranan psixozlar şizofreniyadan, demək olar ki, fərqlənmir.

Psixiatr "patı" ilə bağlı məlumatların mediada işıqlandırılmasının doğru olub-olmadığına da toxunub. O bildirib ki, metamfetaminin istifadəsinin təhlükəli olduğu barədə ictimaiyyət məlumatlandırılmalıdır: "Bəzən insanlar bu narkotik vasitənin təhlükəli olduğu barədə xəbərsiz olduğundan onun təsirinə düşürlər.

Ona görə də mətbuat "patı" əməliyyatları, onun qurbanları barədə ictimaiyyəti məlumatlandırmalıdır. Amma mütləq xəbərin sonunda metamfetaminin insan həyatını necə məhv etdiyi, onu hansı bəlaya düçar etdiyi barədə maarifləndirici məlumatları qeyd etməlidir. Əks halda, insanlarda bu narkotik vasitədən istifadəyə maraq yarana bilər. Mətbuatın əsas işi insanları maarifləndirmək olduğundan, bu xəbərlər verilərkən cəmiyyətə onun fəsadları, insanları düşürdüyü durum barədə məlumat verilməlidir".

O.Fərəcli son günlər sosial şəbəkələrdə "patı" istifadə edən yeniyetmələrin düşdüyü durumu əks etdirən videoların paylaşıldığını da bildirib. Onun sözlərinə görə, səkilərdə yerdə uzanmış vəziyyətdə olan şəxslərin "patı" istifadə etməsi mümkündür. Psixiatr yeniyetmələrin bu bəlaya düçar olmasının qarşısının alınması üçün uşaqlar üzərində valideyn nəzarətinin olmasının, onların asudə vaxtının düzgün təşkil olunmasının zəruri olduğunu qeyd edib.

Qeyd edək ki, ölkəmizdə metamfetamin, narkomanlar arasında "patı" adlandırılan narkotik vasitə satan dəstələrin ifşa olunması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri davam edir. Bu əməliyyatlar nəticəsində onlarla "patı" və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanıb. Əməliyyat tədbirləri göstərir ki, "patı"nın ölkəmizdə satışı geniş miqyas alıb və bu, hüquq-mühafizə orqanlarını ciddi narahat edir. Bu məsələ sosial platformada da geniş müzakirə mövzusuna çevrilib. Hər kəs övladının bu narkotik vasitənin qurbanına çevriləcəyindən narahat olur.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4233 nəfər cinayət məsuliyyətinə cəlb olunub. 2020-ci ildə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 5221 fakt aşkar edilib. Daxili İşlər Nazirliyi (DİN) iyulun 1-dən 17-nə kimi polis əməkdaşları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarını açıqlayıb. İki həftə ərzində 187 kq marixuana, 92 qr bonzai, 3,1 qr metadon, 58 kq heroin, 24 ton çətənə (əkin), 11 kq metamfetamin, 3 kq tiryək, 11 ton çətənə (yabanı), 427 ekstazi, 15 qr kokain, 59 qr həşiş, 470 preqabalin dövriyyədən çıxarılıb.

Bu günlərdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və “patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər şəxs saxlanılıb. Bu əməliyyatlarla ümumilikdə 2 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Eləcə də oxuyun:

1476
Teqlər:
müalicə, psixotrop maddə, psixi xəstəlik, psixi problem, psixi xəstə, psixoz, narkotik maddə, narkotik asılılığı, narkotik vasitələr

Bir il gecikən açılış, prezidentin qətli, milyarderin göyə uçusu