CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Belə getsə, koronavirusla birdəfəlik vidalaşacağıq: STATİSTİKA

© AFP 2023 / INA FASSBENDERЭкспресс-тест на Covid-19, фото из ахрива
Экспресс-тест на Covid-19, фото из ахрива - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 334747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327114 nəfər müalicə olunaraq sağalıb, 4945 nəfər vəfat edib. 2688 nəfər aktiv xəstə sayını təşkil edib.

BAKI, 7 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327114 nəfər müalicə olunaraq sağalıb, 4945 nəfər vəfat edib. 2688 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4673, bu günə qədər isə ümumilikdə 3572418 test icra olunub.

İyunun 6-sı ilə müqayisədə yoluxma statistikası iki dəfə azalıb: dünən sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınmışdı. Müalicə alıb sağalanların sayı 274, ölənlərin sayı 5 nəfər olmuşdu.

Eləcə də oxuyun:

  • Hindistanda koronavirusun peyvənd olunanlar üçün təhlükəli ştammı tapıldı

  • Koronavirusun yeni adları: Alfa, Beta, Qamma...

  • COVID-19 təhlükəli sindroma təkan verir

Xəbər lenti
0