Hamilə qadın, arxiv şəkli

Hamilə qadınlar arasında qeysəriyyə əməliyyatı ilə doğum artıb - Baş pediatr

3464
(Yenilənib 20:41 05.06.2021)
Baş pediat bildirir ki, qanun və təsdiqlənmiş qaydalara əsasən uşaqların cərrahi yolla dünyaya gəlməsinə ancaq tibbi göstəriş olduğu halda yol verilməlidir

BAKI, 5 iyun — Sputnik. Azərbaycanda qeysəriyyə kəsiyi ilə doğum halları artıb. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev söyləyib. N. Quliyev bildirib ki, ölkəmizdə hamilə qadınlar arasında qeysəriyyə kəsiyi ilə doğulma 60-80 faizdir. Onun sözlərinə görə, qeysəriyyə kəsiyi ilə doğumların mütləq əksəriyyəti özəl tibb müəssisələrinin payına düşür: "Özəl tibb müəssisələrində doğuşun 90 faizi qeyri-təbii, qeyri-fizioloji və qeyri-insani yolla aparılır. Ödənişli klinikalarda qeysəriyyə əməliyyatına meyilin əsas səbəbi pul məsələsi ilə bağlıdır".

N. Quliyev həmçinin qeyd edib ki, qeysəriyyə əməliyyatı 100 doğandan 10-a istifadə oluna bilər. Baş pediat deyir ki, hər 100 doğuşdan 10-dan çoxuna müdaxilələr yolverilməzdir: "Əgər bu rəqəmdən artıq doğuşa müdaxilə olunursa bu məqsədli hal kimi qiymətləndirilir. 8-10 saniyəlik doğuş dövrü bizim təsəvvür etmədiyimiz qədər vacib bir prosedurdur. Hansı ki, həmin an dünyaya gələn uşaqda doğuş yollarından keçməklə bir neçə proses baş verir. Uşaq göbək ciftindən ayrılmaqla öz qan dövranı yaranır. Uşaq doğuş yollarından keçərkən onun ciyərindəki 30 milli su məhz doğuş prosesi zamanı xaric olur. Hələki tibbdə elə bir texnologiya yoxdur ki, uşağın ciyərindən bu suyu süni yolla xaric etsin. Məhz doğuş prosesində uşağın ağciyərindəki bu su uşaq doğuş yollarından keçərkən sıxılaraq xaric olur.

N. Quliyev deyir ki, uşaq dünyaya fizioloji qayadlara uyğun dünyaya gəlmədiyi halda uşağın sağlamlığında müxtəlif fəsadlar yaranır: "Bəzən ağciyərlərdən xaric olunmamış o su iltihablaşaraq uşağı öldürə bilər. Ona görə də, hamilə qadınlara tibbi göstəriş olmadan uşağı cərrahi yolla dünyaya gətirməyin onun gələcək övladında hansı fəsadlara yol açacağı həkimlər tərəfindən başa salınmalıdır. Hamilə qadınlar bununla bağlı marifləndirilməli, təbii doğuşun ana və uşaq üçün üstünlükləri təbliğ olunmalıdır".

Baş pediatr bildirir ki, qanun və təsdiqlənmiş qaydalara əsasən uşaqların cərrahi yolla dünyaya gəlməsinə ancaq tibbi göstəriş olduğu halda yol verilməlidir.

3464
Koronavirus testləri, arxiv şəkli

Koronavirus cəbhəsində bu gün vəziyyət necədir? Bu günün statistikası

4
(Yenilənib 16:42 15.06.2021)
İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

4
Namiq Qaraçuxurlu, arxiv şəkli

Tanınmış meyxanaçı da bəladan qurtula bilmədi

787
Bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

BAKI, 14 iyun — Sputnik. Meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında məlumat yayıb:

"Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada deyiləm və tezliklə sağalıb, Vətənə geri dönəcəyəm"

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

Qeyd edək ki, Namiq Qaraçuxurlu Azərbaycanda meyxana sənətinə bir çox yeniliklər gətirib. Uzun illər meyxana sənəti ilə məşğul olan sənətçi "Rəvayət" adlı meyxansı ilə tamaşaçıların qəlbinə yol tapıb. Həmin meyxanadan sonra gündəmdən düşməyən meyxanaçı səhnəmizin bir çox müğənniləri ilə duet ortağı olub.

787