CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirus: son sutkanın göstəriciləri

© AP Photo / Dar YasinЭкспресс-тест на Covid-19, фото из архива
Экспресс-тест на Covid-19, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9563, bu günə qədər isə ümumilikdə 3 542 035 test icra olunub.

 

BAKI, 3 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 445 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 863 nəfər müalicə olunaraq sağalıb, 4 929 nəfər vəfat edib. 3 624 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 563, bu günə qədər isə ümumilikdə 3 542 035 test icra olunub.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb.

Eləcə də oxuyun:

  • Koronavirusun yeni adları: Alfa, Beta, Qamma...

  •  Məscidlərə yalnız COVID-19 pasportu olanlar buraxılacaq

  •  Ölkədaxili uçuşlarda COVID-19-a dair test tələb olunmayacaq - Yeni qərar

Xəbər lenti
0