Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda uşaqlar arasında ölüm göstəricisi - Baş pediatr narazıdır

© pixabay / christianabellaНоворожденный ребенок, фото из архива
Новорожденный ребенок, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
N.Quliyev qeyd edib ki, körpələr arasında ölüm hallarına əsas səbəb anadangəlmə inkişaf qüsurlarıdır. Onun sözlərinə görə, körpə ölümlərinə səbəb olan ikinci böyük bəla isə vaxtından əvvəl doğulmadır.

BAKI, 1 iyun — Sputnik, Zülfiyyə Quluyeva. Azərbaycanda yenidoğulmuşlar arasında ölüm göstəricisi açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev məlumat verib.

N.Quliyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günədək uşaqlar arasında ölüm halları üç dəfəyədək azalıb. N.Quliyevin sözlərinə görə, yenidoğulmuşlar arasında ölüm göstəricisi 30 promillidən 10 promilliyə düşüb. Amma N.Quliyev bildirib ki, bu rəqəm qənaətbəxş deyil:

"Dünyanın inkişaf etmiş ölkələrində yenidoğulmuşlar arasında ölüm göstəricisi 3-5 promilli təşkil edir. Azərbaycanda 1 yaşa qədər uşaqlar arasında isə bu rəqəm 10-11 promilli arasında dəyişir. Bunun 3/4-ü yenidoğulma dövründə rast gəlinən xəstəliklər səbəbindən baş verir. Prenatal dövrdə, anadangəlmə və qazanılma xəstəliklərdir ki, əsas diqqət də buna yönəldilir", - deyə baş pediatr bildirib.

N.Quliyev qeyd edib ki, körpələr arasında ölüm hallarına əsas səbəb anadangəlmə inkişaf qüsurlarıdır. Onun sözlərinə görə, körpə ölümlərinə səbəb olan ikinci böyük bəla isə vaxtından əvvəl doğulmadır: "Bunların nəticəsində körpə ölümləri baş verir".

Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 1993-cü ildə respublikada körpə ölümü hər min nəfər diri doğulmuş uşağa 29,5 təşkil edirdisə, 2016-cı ildə bu rəqəm üç dəfəyə qədər azalaraq 10,2 promilliyə enib. Hazırda da ölkəmizdə ana və uşaq ölümünün azaldılmasına yönəlik tədbirlər davam etdirilir.

Xatırladaq ki, bu gün - 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Eləcə də oxuyun:

Xəbər lenti
0