CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı: az qala iki dəfə

© AFP 2023 / STRМедицинский работник держит образцы для тестирования на коронавирус, фото из архива
Медицинский работник держит образцы для тестирования на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 334132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325040 nəfər müalicə olunaraq sağalıb, 4921 nəfər vəfat edib.

BAKI, 1 iyun — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325040 nəfər müalicə olunaraq sağalıb, 4921 nəfər vəfat edib, aktiv xəstə sayı 4171 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9649, ötən müddət ərzində isə ümumilikdə 3523638 test aparılıb.

Qeyd edək ki, dünən Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 462 nəfər müalicə olunaraq sağalıb, 92 yeni yoluxma faktı qeydə alınıb.

Eləcə də oxuyun:

  • Son aylarda ilk dəfə Azərbaycanda koronavirusa yoluxma sayı yüzün altına düşdü

  • Bu il koronavirusdan ölənlərin sayı ötən ildən çox olub

  • Bakıda koronavirusa yoluxma ocağı açıqlandı

Xəbər lenti
0