Koronavirusa qarşı peyvənd vurulmasında dair sənəd, arxiv şəkli

COVID-19 pasportu olmayanlara işdə hansı qadağalar qoyula bilər?

4495
(Yenilənib 17:11 31.05.2021)
Sahib Məmmədov deyir ki, Nazirlər Kabinetinin son qərarı insanların hüquqlarını məhdudlaşdırır: "Amma bu, əsaslarla məhdudlaşdırmadır".

BAKI, 31 may — Sputnik, Zülfiyyə Quluyeva. Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" mayın 26-da imzaladığı 151 nömrəli qərara əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur. Azərbaycanda koronavirus əleyhinə vaksinasiya könüllü olsa da NK-nın COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi insanları vaksin olunmağa məcbur edib. Bəs görəsən, bu qərar işləyən insanlara necə təsir edəcək? Sputnik Azərbaycan bu qərarın əmək qanunvericiliyinə təsirini araşdırıb.

Mütləq siyahı lazımdır

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi bütün iş yerlərinə şamil edilə bilməz. S.Məmmədov deyir ki, buna görə də Nazirlər Kabineti mütləq COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi olan müəssisələrin siyahısını açıqlamalıdır:

"NK siyahı dərc etməlidir ki, hansı müəssisələrdə ən azı 80 faiz işçinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı olmalıdır. Mənim fikrimcə, bu tələb bütün iş yerlərinə qoyula bilməz. COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi xidmət sahələrinə, iaşə obyektlərinə qoyula bilər. Hansı ki, həmin yerlərdə insanların yoluxma riski böyükdür. Bu qərar heç bir halda bütün iş yerlərinə aid ola bilməz".

S.Məmmədov deyir ki, Nazirlər Kabinetinin son qərarı insanların hüquqlarını məhdudlaşdırır: "Amma bu, əsaslarla məhdudlaşdırmadır. Bizim Konstitutsiyamıza və tərəfdar çıxdığımız beynəlxalq normalara görə, insan hüquqları müəyyən hallarda məhdudlaşdırıla bilər. O hallardan biri də əhalinin sağlamlığının müdafiəsi və epidemiyaların yayılmasının qarşısının alınması tədbirləri ola bilər. Bu hallarda insanlara hərəkət və digər məhdudiyyətlər qoyula bilər. Bu zəruri tədbir hesab olunur".

Ekspert deyir ki, sadəcə bunu ağlabatan formada etmək lazımdır ki, insanlar əziyyət çəkməsinlər. S.Məmmədov deyir ki, iş yerləri üçün COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi ilə bağlı qərarın ani açıqlanması və işçilərin vaksinasiyası üçün çox az müddətin qoyulması insanlar arasında narahatlıq yaradıb: "Nazirlər Kabineti COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi ilə bağlı qərarını yeni açıqlayıb. İnsanların isə vaksin olunması üçün ən azı bir ay vaxt lazımdır. Çünki vaksinasiya iki mərhələli aparılır. Bu barədə əhalinin xeyli müddət əvvəldən məlumatlandırılması daha yaxşı olardı".

Könüllü, yoxsa məcburi?

S.Məmmədov bildirir ki, Nazirlər Kabinetinin mövcud qərarı ümumilikdə vaksinasiyanın könüllülük prinsipini pozmur: "Düzdür, NK-nın bu qərarından sonra vaksinin könüllü və məcburi olması fikri səslənir. Amma bu hamıya aid deyil. Ancaq xidmət və iaşə sahəsində çalışanlar vaksin olunmalıdırlar.

NK-nın qərarı ilə yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər. Bu qərar da hamını əhatə etmir. Kim bu xidmətdən yararlanmaq istəyəcəksə, o da gedib vaksin olunacaq. Əks halda insanlar vaksin edilməyə məcbur deyillər".

S.Məmmədov bununla belə, vaksin olunmayan işçilərin işdən çıxardılması hallarına yol verilməyəcəyini söyləyir. Onun sözlərinə görə, peyvənd olunmayan insanları işdən çıxartmaq yox, işçini müvəqqəti kənarlaşdırmaq olar: "Nazirlər Kabinetinin də qərarında göstərilir ki, iş yerlərində işçilərin 80 faizi peyvənd olunmalıdır. Əgər işçinin vaksinə qarşı allergiyası varsa, o, peyvənd olunmaya bilər. Bununla bağlı müvafiq tibbi sənədin təqdim edilməsi kifayətdir. Elə 20 faiz vaksinasiyadan kənar məhz peyvəndə tibbi göstərişi olmayanlara aiddir", - deyə S.Məmmədov bildirir.

İşdən çıxarılma ilə bağlı maddə

Hüquqşünas Vüqar Səfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin son qərarı vaksinasiyanın könüllülük prinsipini pozur. Bununla belə hüquqşünas deyir ki, bu, əhalinin sağlamlığının qorunması baxımından atılan addım olduğundan anlayışla qarşılanmalıdır: "Xidmət sahələrində insanların koronavirusa yoluxma təhlükəsi çox olduğundan bu qərar verilib. Amma ayrı-ayrılıqda bu qərarlar bir-biri ilə ziddiyyət təşkil edir. Çünki ölkəmizdə koronavirus əleyhinə peyvəndləmə könüllüdür".

Hüquqşünas deyir ki, peyvənddən imtina edənlərin işdən çıxardılmasına isə heç bir halda yol verilə bilməz. Onun sözlərinə görə, çünki Əmək Məcəlləsində bununla bağlı maddə yoxdur.

Eləcə də oxuyun:

  • Hər kəsi indi bu sual düşündürür: COVID pasportunu necə əldə edək?

  • Abituriyentlərdən COVID-19 pasportu tələb olunacaqmı

  • İdman, səyahət, toy - Hamının "səbəb"lərinə bir qərar təkan verdi - REPORTAJ

  • Antibiotikləri ixtisara salmalı: Xəstəlik üstünə xəstəlik gətirən dərmanlara əlvida

  • Teatrlar açılmalı, açıq havada toylara icazə verilməlidir - Millət vəkilləri dilə gəldilər

4495
Teqlər:
qadağa, hüquq, əmək, , COVID-19 pasportu, Koronavirus, COVID-19
Namiq Qaraçuxurlu, arxiv şəkli

Tanınmış meyxanaçı da bəladan qurtula bilmədi

214
Bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

BAKI, 14 iyun — Sputnik. Meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında məlumat yayıb:

"Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada deyiləm və tezliklə sağalıb, Vətənə geri dönəcəyəm"

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

Qeyd edək ki, Namiq Qaraçuxurlu Azərbaycanda meyxana sənətinə bir çox yeniliklər gətirib. Uzun illər meyxana sənəti ilə məşğul olan sənətçi "Rəvayət" adlı meyxansı ilə tamaşaçıların qəlbinə yol tapıb. Həmin meyxanadan sonra gündəmdən düşməyən meyxanaçı səhnəmizin bir çox müğənniləri ilə duet ortağı olub.

214
Koronavirus testi, arxiv şəkli

Ölkədə son sutkada koronavirusa yoluxmaya dair statistika açıqlandı

484
(Yenilənib 18:55 14.06.2021)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 074, ötən müddət ərzində isə ümumilikdə 3 627 573 test aparılıb.

BAKI, 14 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 699 nəfər müalicə olunaraq sağalıb, 4 955 nəfər vəfat edib, aktiv xəstə sayı 1542 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 074, ötən müddət ərzində isə ümumilikdə 3 627 573 test aparılıb.

Yeni növ koronavirusun əmələ gələrək yayılması

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 162,5 milyonu keçib, 3,36 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

484
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

0
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

0