COVİD-19 vaksinasiyası üzrə məlumat forması

Azərbaycanda qədər adam vaksinasiya olunub? Rəsmi rəqəmlər açıqlandı

31
(Yenilənib 18:06 30.05.2021)
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 414, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 321 nəfər təşkil edib.

BAKI, 30 may - Sputnik. Azərbaycanda bu gün 44 735 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 414, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 321 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 252 809, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 352 778, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 9 000 31 nəfər təşkil edir.

31
Teqlər:
Koronavirus, epidemiya
TƏBİB avtomobili, arxiv şəkli

TƏBİB-in səyyar briqadaları iri ticarət mərkəzlərində peyvəndləmə aparırlar

8
Səyyar vaksinasiyada yalnız Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. Vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak etmək şansı əldə edə bilərlər.

BAKI, 24 iyun — Sputnik. İyunun 24-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən vaksinasiya prosesinin sürətləndirilməsi məqsədilə səyyar briqadalar təşkil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası əleyhinə mübarizə tədbirləri istiqamətində vətəndaşların peyvəndləməsi ölkəmizdə uğurla davam etdirilir.

Tələbatdan asılı olaraq səyyar briqadaların fəaliyyət müddəti uzadıla bilər

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, bu günə qədər səyyar briqadalar vasitəsilə ümumilikdə 52 min 826 doza peyvənd vurulub. Onlardan 36 min 925-i birinci doza, 16 min 902-si isə ikinci doza üçün istifadə edilib. Hazırda səyyar briqadalar "Əhmədli" və "Koroğlu" metro stansiyaları yaxınlığındakı "Bravo" hipermarketlərində, həmçinin "Dəniz Mall" və "28 Mall"da təşkil edilib. Tələbatdan asılı olaraq səyyar briqadaların fəaliyyət müddəti uzadıla bilər.

TƏBİB-in əməkdaşının sözlərinə görə, səyyar vaksinasiyada yalnız Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. Vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak etmək şansı əldə edə bilərlər. Səyyar briqadalar tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə aprelin 2-dən etibarən fəaliyyətə başlayıb.

Məlumata əsasən, bu günə qədər səyyar briqadanın ünvanına yüzlərlə dövlət və özəl müəssisələrindən və idarələrdən vaksinasiya ilə bağlı müraciətlər daxil olub.

Ölkəmizdə koronavirus əleyhinə peyvəndləmə aksiyasına 2021-ci il yanvarın 18-də start verilib

Xatırladaq ki, ölkəmizdə koronavirus əleyhinə peyvəndləmə aksiyasına 2021-ci il yanvarın 18-də start verilib. Vaksinasiya Strategiyasına uyğun olaraq, ilk növbədə, səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar, fevralın 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslər vaksinasiya olunublar. Martın 22-dən 40 yaşdan yuxarı, mayın 10-dan isə 18 yaşdan yuxarı vətəndaşların vaksinasiyası həyata keçirilir.

Qeyd edək ki, koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 80 min 340-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 993 min 612, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 82 min 728 nəfərdir.

Koronavirus bəlası

2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi.

Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir. Bu il mayın 31-dən açıq havada maska qadağası yığışdırılıb, metronun fəaliyyətinə icazə verilib. İyunun 10-dan məscidlərə, idman zallarına, ticarət mərkəzlərinə, çimərliklərə qoyulan qadağalar müəyyən şərtlər əsasında götürülüb. İyulun 1-dən toy mərasimlərinin küçirilməsinə icazə veriləcək.

Eləcə də oxuyun:

  • Vaksinasiya prosesi epidemioloji vəziyyətə təsir edə biləcəkmi?- həkim şərhi

  • Koronavirusa qarşı hansı vaksini vurdurmaq daha yaxşıdır? Mütəxəssisdən faydalı fikirlər

  • Bu şəxslər vaksinasiyadan azaddırlar

  • Azərbaycan vaksinasiyada MDB lideridir

8
Teqlər:
səyyar, vaksinasiya, TƏBİB
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Bakıda XİN-nin binası, arxiv şəkli

Azərbaycan donor ölkəyə necə çevrildi? - XİN-in hesabatı

710
(Yenilənib 13:23 24.06.2021)
Azərbaycan XİN-in hesabatında bildirilir ki, ölkəmiz uğurlu siyasət nəticəsində yardım alan dövlətdən yardım edən donora çevrilib.

BAKI, 24 iyun — Sputnik. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İnkişafa Yardım Komitəsinin (OECD DAC) rəsmi internet səhifəsində ölkəmizin xarici ölkələr və beynəlxalq təşkilatlara göstərdiyi yardımları barədə hesabatı dərc edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hesabatda aparılmış uğurlu siyasət nəticəsində ölkəmizin yardım alan dövlətdən yardım edən donora çevrildiyi, beynəlxalq yardımların operativ və əlaqələndirilmiş şəkildə göstərilməsi üçün 2011-ci ildə Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təsis olunduğu vurğulanır. Beynəlxalq yardım siyasətində Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tutan ölkəmizin qlobal donorluq missiyasında özünə məxsus yer tutduğu, dünyada yayılmış yeni növ koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası tərəfindən 30-dan çox xarici ölkəyə və 3 beynəlxalq təşkilata yardım edildiyi qeyd edilir.

Hesabatda, həmçinin AIDA-nın fəaliyyətində qlobal sülh, təhlükəsizlik və insanların firavan həyatının təmin edilməsi prinsiplərini rəhbər tutduğu, daha çox təcrübə mübadiləsi, ictimai xidmətlərin inkişafı, təhsil, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, gənclərin və qadınların cəmiyyətdə rolunun artırılması və digər mühüm sahələrdə inkişaf etməkdə olan ölkələrdə iki və çoxtərəfli əsasda həyata keçirilən təşəbbüslərə dəstəyin göstərildiyi bildirilir. Ölkəmiz tərəfindən göstərilmiş yardımların sektorlar üzrə bölgüsü və statistik rəqəmlərlə yardımları əks olunur.

Ölkəmizin donorluq fəaliyyətinə dair məlumatların beynəlxalq hesabatlarda dərc edilməsi, onun yardım siyasətinə, yüksək iqtisadi imkanlarına beynəlxalq ictimaiyyət tərəfindən qiymətin verilməsi, Azərbaycanın regionun aparıcı dövləti kimi qəbul olunması məhz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticələridir.

Qeyd etmək istərdik ki, 1961-ci ildə fəaliyyətə başlamış nüfuzlu beynəlxalq təşkilat olan, yüksək iqtisadi göstəricilərə malik 40 donor dövləti öz ətrafında birləşdirən OECD dünyada həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən təşəbbüs və proqramları təbliğ etməkdədir. OECD-nin vacib komitələrindən biri olan DAC isə əsasən donor dövlət və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Ölkəmiz sözügedən komitədə 2019-cu ildən etibarən iştirakçı statusu ilə təmsil olunur.

Eləcə də oxuyun:

  • İlham Əliyev vaksin məsələsində görməmişlik edənləri qınadı

  • Viktor Qasımov: “Sputnik V” yüksək effektliliyə malikdir”

  • "Azərbaycan əhalisinin 20 faizi peyvənd edilib" - İlham Əliyev

710
Teqlər:
yardım, donor, Koronavirus, COVID-19, hesabat, Azərbaycan XİN
Suqovuşan, arxiv şəkli

Bir qrup hərbçimiz "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu

21227
Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş hərbçilərimiz təltif edildilər

BAKI, 24 iyun - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Onların siyahısı ilə bu linkdən tanış olmaq mümkündür. 

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib.

44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Dirçəliş

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağda "ağıllı" şəhər və kənd sistemləri olacaq. Bərpa zamanı ən yeni texnologiyalardan istifadə ediləcək.

Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib. 

---------------

29.12.2021

12:19

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. 

21227
Teqlər:
Azərbaycan Ordusu, hərbçilər, Azərbaycan, Qarabağ, medal, Suqovuşan